Milli Muğam
Müsabiqəsinin seçim turları
yekunlaşıb
Qaliblər aprelin 30-da elan olunacaq
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının (AMK) dəstəyi ilə Milli Muğam Müsabiqəsi keçirilir.
Müsabiqə xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə təşkil olunub. Seçim turuna 41 xanəndə, 18 instrumental ifaçı olmaqla ümumilikdə 59 nəfər qatılıb. Onlardan xanəndə ixtisası üzrə 20 nəfər, instrumental ifaçılıq üzrə isə 18 nəfər müsabiqənin I turunda iştirak edib.
Aprelin 24-25-də AMK-da müsabiqənin ilk turu üzrə dinləmələr olub. İki gün davam edən dinləmələrdən sonra hər kateqoriya üzrə 8 nəfər ikinci tura keçib.
Aprelin 26-da Milli
Muğam Müsabiqəsinin
ikinci seçim turu keçirilib. Münsiflər xanəndə və
instrumental ifaçılıq kateqoriyaları üzrə
iştirakçıların ifalarını dinləyiblər.
Verilən məlumata görə, qaliblər aprelin 30-da elan olunacaq və
müsabiqənin yekun
konserti keçiriləcək.
Hər iki kateqoriya üzrə münsiflər heyətinin
sədri AMK-nın rektoru Xalq artisti
Siyavuş Kərimidir. İnstrumental
ifaçılıq üzrə
münsiflər heyətində
Xalq artistləri Fəxrəddin Dadaşov,
Möhlət Müslümov,
Əməkdar artistlər
Şirzad Fətəliyev
və Çinarə Heydərova, xanəndəlik
üzrə münsiflər
heyətində isə
Xalq artistləri Səkinə İsmayılova,
Mənsum İbrahimov,
Zabit Nəbizadə, Əməkdar artist Qəzənfər
Abbasov yer alıblar.
Müsabiqənin qalibləri – xanəndə
və instrumental ifa üzrə birinci yeri tutan iştirakçılar
ölkəmizi “Muğam
aləmi” 6-cı Beynəlxalq
Muğam Festivalında
təmsil edəcəklər.
Mədəniyyət.- 2023.- 28
aprel.- S.2.