“Yeni
adlar”da violin axşamı
Mədəniyyət Nazirliyinin ötən ilin yazından həyata keçirdiyi “Yeni adlar” layihəsi
maraqlı konsert proqramları ilə davam edir. Müasir
Azərbaycan ifaçılıq
sənətinin inkişafına,
bu sahədə yeni istedadlı nəslin yetişməsində
və tanınması
məqsədi daşıyan
layihə bu il Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub.
Aprelin
25-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında layihənin
növbəti konserti keçirildi.
Musiqi axşamının tamaşaçıları
arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri
Fərəh Əliyeva,
Mədəniyyət Nazirliyinin
əməkdaşları, mədəniyyət
və incəsənət
xadimləri, musiqisevərlər
və digər qonaqlar iştirak edirdi.
Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestrinin (dirijor Orxan Həşimov) müşayiəti ilə
respublika və beynəlxalq müsabiqələr
laureatları Ümidə
Abbasova və Denis Həsənov (hər ikisi violin) çıxış
etdilər.
Ümidə Abbasovanın ifasında F.Mendelsonun “Violin və orkestr üçün 18 nömrəli konsert” (mi
minor, op.64, 3 hissədə), Denis Həsənovun təqdimatında
isə D.Şostakoviçin
“Violin və orkestr üçün 1 nömrəli
konsert” (lya minor, op.77,
4 hissədə) əsərləri
tamaşaçılar tərəfindən
alqışlarla qarşılandı.
***
Ümidə Abbasova 1990-cı ildə Bakı şəhərində
ziyalı ailəsində
anadan olub. 2007-ci ildə
Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirib. Həmin ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olub. 2011-ci
ildə bakalavr pilləsini, 2013-cü ildə
isə magistr pilləsini fərqlənmə
diplomları ilə başa vurub. 2012-ci ildən etibarən Bülbül adına
Orta İxtisas Musiqi Məktəbində müəllim işləyir.
O, 2011-ci ildə İtaliyada keçirilən Don Vincenzo
Vitti adına
X beynəlxalq müsabiqədə
Qran-pri mükafatına
layiq görülüb.
2019-cu ildə Gürcüstanda
Vaja Çaçava adına beynəlxalq
müsabiqədə iki
nominasiya üzrə I
yerə və laureat adına layiq görülüb.
Violin ifaçısı Ü.Hacıbəyli, M.Rostropoviç
və Qəbələ
beynəlxalq musiqi festivallarının, Azərbaycan
Bəstəkarlar İttifaqının
təşəbbüsü ilə keçirilən plenumların daimi iştirakçısıdır.
***
Denis Həsənov 1994-cü ildə Ukraynanın Luqansk şəhərində anadan olub. 2007-2013-cü illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində Mərkəzi musiqi məktəbində, 2013-2018-ci illərdə isə həmin konservatoriyada bakalavr və magistr təhsili alıb. İfaçı 2017-ci ildən Sankt-Peterburq Musiqi evinin solisti kimi fəaliyyət göstərir.
Violin ifaçısı 2021-ci ildə İtaliyanın Qorisiya şəhərində Premio Rodolfo Lipizer müsabiqəsində və Sankt-Peterburq violin ifaçılarının birinci beynəlxalq müsabiqəsində xüsusi mükafata layiq görülüb.
Tanınmış musiqiçilərin ustad dərslərində iştirak edən Denis Həsənovun 2022-ci ildə İtaliyada rus bəstəkarlarının əsərlərindən ibarət 2 diski işıq üzü görüb.
Nurəddin
Mədəniyyət.- 2023.- 28
aprel.- S.3.