Vətən sizi unutmaz!
N.Nərimanov adına
Sumqayıt şəhər
Mədəniyyət Mərkəzində
Vətən müharibəsi
şəhidi Səlimxan
Bayramovun doğum günü ilə əlaqədar “Vətən
sizi unutmaz!” adlı tədbir keçirilib. Tədbirdə
şəhidin döyüş
yolundan bəhs edən səhnəcik nümayiş olunub. Səhnəcikdə Səlimxan
rolunu aktyor Elay Xasıyev, ana obrazını isə Əməkdar artist İlahə Səfərova canlandırıb.
Sonda vətənpərvərlik
ruhlu mahnılar ifa olunub.
1998-ci ildə Sumqayıt
şəhərində doğulan
S.Bayramov Vətən müharibəsində oktyabrın
19-da Xocavənd uğrunda
döyüşlərdə şəhid olub. Ölümündən sonra
“Vətən uğrunda”,
“Cəsur döyüşçü”,
Füzulinin və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.
***
Bərdə rayonunun
Yeni Daşkənd kəndində Birinci Qarabağ müharibəsi
şəhidi Ziya Quliyevin xatirəsi anılıb. Əvvəlcə
tədbir iştirakçıları
kənddəki şəhidlər
abidəsini ziyarət
ediblər. Çıxış
edənlər şəhidlərin
şücaətindən danışıblar.
Bildirilib ki, Ziya Yelmar oğlu
Quliyev 1973-cü il iyulun 29-da Bərdə rayonunun Yeni Daşkənd kəndində
anadan olub. Orta məktəbi bitirdikdən sonra silaha sarılaraq Vətənin müdafiəsinə
qalxıb. Laçın,
Kəlbəcər bölgələrində
gedən döyüşlərdə
iştirak edib.
1993-cü il aprelin 2-də
Kəlbəcər rayonu
uğrunda şəhid
olub.
***
E.Hüseynov adına
Qazax rayon Mərkəzi Kitabxanasında
44 günlük Vətən
müharibəsinin Qazax
şəhidlərinin xatirəsinə
həsr olunmuş “Müqəddəs and yerimiz” adlı tədbir təşkil edilib. Əvvəlcə doğum günləri iyul ayında qeyd olunan Vətən
müharibəsinin Qazax
şəhidlərinə həsr
olunmuş videoçarx
nümayiş etdirilib.
Sonra şəhidlər
– çavuş Kamil Kərimov, baş leytenantlar Nəbi Hüseynov, Xaliddin Nəsibov, baş çavuş İsmayıl
Qəsəbov və əsgər Anar Vəliyevin ömür yollarından epizodlar nümayiş olunub.
N.Məmmədli
Mədəniyyət.- 2023.- 2 avqust.-
S.4.