Milli sərvətimiz olan dövlətçilik
irsi
“Heydər Əliyev
İli” münasibətilə
bölgələrdə fəaliyyət
göstərən mədəniyyət
müəssisələrində müxtəlif tədbirlər
keçirilir.
Ağdaş rayon Heydər Əliyev Mərkəzində
“Heydər Əliyevin siyasi irsi milli
sərvətimizdir!” mövzusunda
tədbir təşkil
edilib. Çıxışlarda
Ulu öndərin müstəqil dövlətçiliyimizin
möhkəmləndirilməsində müstəsna xidmətlərindən
bəhs edilib.
***
Quba rayon
MKS-nin Mərkəzi Kitabxanasında “Heydər Əliyev fenomeni gəncliyin gözü ilə” adlı dəyirmi masa keçirilib. Qeyd olunub ki, Ulu
öndər hələ
sovet Azərbaycanına
rəhbərlik etdiyi dövrdə respublikada peşəkar gənc kadrların hazırlanmasında
müstəsna rol oynayıb. Azərbaycanda hərbi məktəbin yaradılması, minlərlə
gəncin ittifaqa daxil olan respublikaların
nüfuzlu ali məktəblərinə göndərilməsi
Ulu öndərin tarixi xidmətlərindəndir.
Çıxış edənlər
müstəqillik illərində
Heydər Əliyevin gəncliyə qayğısından,
bu siyasətin Prezident İlham Əliyev tərəfindən
layiqincə davam etdirilməsindən də
danışıblar.
***
Lerik rayon
Heydər Əliyev Mərkəzində Lənkəran-Astara
Gənclər İdman
İdarəsinin Lerik rayon sektoru ilə
birgə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə
gənclər arasında
intellektual bilik yarışı keçirilib.
Yarışın məqsədi
gənclərin asudə
vaxtının səmərəli
təşkili, həmçinin
bilik və bacarıqlarının, o cümlədən
məntiqi düşüncə
və dünyagörüşlərinin
inkişafına şərait
yaratmaqdır.
Ulu öndərin zəngin siyasi irsi barədə səsləndirilən suallar komandalar tərəfindən cavablandırılıb. Qaliblər növbəti mərhələdə iştirak hüququ qazanıblar. Tədbirdə Ümummilli liderin xalqımız və dövlətçiliyimiz qarşısında xidmətlərindən danışılıb.
Mədəniyyət .- 2023.- 2 avqust.- S.4.