Beşbarmaq dağında arxeoloji qazıntılar
AMEA-nın prezidenti
akademik İsa Həbibbəyli Arxeologiya və Antropologiya İnstitutu tərəfindən
Beşbarmaq dağında
aparılan arxeoloji qazıntı işləri
ilə tanış olub.
AMEA-dan bildirilib
ki, ərazidə ekspedisiya üzvləri ilə görüşən
İsa Həbibbəyli
Azərbaycan tarixinin dərindən və hərtərəfli araşdırılıb
öyrənilməsində arxeoloji tədqiqatların
böyük əhəmiyyət
kəsb etdiyini vurğulayıb.
Arxeologiya və
Antropologiya İnstitutunun
direktoru vəzifəsini
icra edən tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Beşbarmaq dağında fəaliyyət
göstərən ekspedisiya
haqqında ümumi məlumat verib.
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə
Mərkəzinin sədrinin
müşaviri Elşən
Mustafayev Beşbarmaq qoruğunun ərazisindəki
tarixi yerlər və burada gəzinti, eləcə də dini ziyarət
üçün yaradılmış
yeni əlverişli şərait barədə
ətraflı söz açıb.
Beşbarmaq arxeoloji
ekspedisiyasının rəhbəri,
Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi Sevinc Hüseynova və arxeoloq, tarix elmləri doktoru Səfər Aşurov ərazidə aparılan qazıntılar zamanı aşkara çıxarılmış
qədim tarixi yaşayış yerləri
və burada tapılmış maddi mədəniyyət nümunələri
haqqında əhatəli
məlumat veriblər.
Bildirilib ki,
ölkə başçısının
2020-ci il 8 iyun tarixli sərəncamı ilə “Beşbarmaq dağı” Dövlət,
Tarix-Mədəniyyət və
Təbiət Qoruğunun
yaradılması ərazinin
arxeoloji cəhətdən
öyrənilməsinə geniş
imkan yaradıb. Dövlət Turizm Agentliyi və AMEA Arxeologiya və Antropologiya İnstitutu arasında imzalanmış
müqaviləyə əsasən
2020-ci ildən qoruq ərazisində arxeoloji tədqiqatlara başlanılıb.
Qeyd edilib
ki, Beşbarmaq arxeoloji ekspedisiyası tərəfindən Dövlət
Turizm Agentliyinin maliyyə dəstəyi ilə aparılan elmi-tədqiqatların əsas
məqsədi Beşbarmaq
qalasının, müdafiə
səddinin və digər tikililərin memarlıq xüsusiyyətlərini,
dövrünü müəyyənləşdirməkdən
ibarətdir. Əsas arxeoloji materialların əsasən Orta əsrlərə aid olmasına baxmayaraq, Erkən Tunc dövrünün xarakterik
xüsusiyyətini əks
etdirən maddi mədəniyyət nümunələri
də aşkar edilib ki, bu
da eradan əvvəl III minillikdən
Beşbarmaq dağının
bölgədə məskunlaşan
əhalinin sitayiş məskəni olduğunu göstərir.
Qazıntı yerlərinə və tapılmış maddi mədəniyyət nümunələrinə baxış keçirildikdən sonra AMEA-nın prezidenti arxeoloqlara və institut rəhbərliyinə müvafiq tövsiyə və tapşırıqlarını verib.
Mədəniyyət
.- 2023.- 2 avqust.- S.4.