Əməkdar artist İtaliyada Verdinin “Traviata”sında çıxış edib
Azərbaycanın Əməkdar artisti,
Prezident mükafatçısı
Afaq Abbasova İtaliyada səhnələşdirilən
operada çıxış
edib.
İtaliya Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə Kalabriya regionunun Tropea şəhərində dahi
bəstəkar Cüzeppe
Verdinin “Traviata” operası
konsert formatında tamaşaçılara təqdim
olunub. Konsert-tamaşada
baş rolu Əməkdar artist Afaq Abbasova ifa edib.
Opera italiyalı dirijor
Alberto Veronesi tərəfindən idarə olunub.
Afaq Abbasova xoş təəssürat yaşadığını
və bu ay ərzində İtaliyada məşhur ifaçılarla
ikinci dəfə eyni səhnəni bölüşməkdən məmnunluğunu
bildirib. Əməkdar
artist ona dəstək
olan hər kəsə təşəkkür
edib.
Qeyd edək ki, Afaq Abbasova bundan öncə İtaliyanın
Torre del Laqo şəhərində
(Toskana vilayəti)
69-cu Puççini Festivalı
(14 iyul – 26 avqust) çərçivəsində təşkil edilən konsert-tamaşada çıxış
edib.
Mədəniyyət
.- 2023.- 2 avqust.- S.8.