Rəqəmsal yaddaşa köçən sənət

 

Azərbaycan Televiziyasınınqızıl fondu”nun ömrü uzanacaq

 

 

Azərbaycan Televiziya Radiosunun arxivi tarix mədəniyyətimizin bir əsrə yaxın dövrünü əhatə edən salnamənin qorunduğu zəngin xəzinədir. Bu arxivin müasir texnoloji yeniliklərin tətbiqi ilə qorunub saxlanılması dövlətimizin diqqət mərkəzindədir. Prezident İlham Əliyev tərəfindən 30 may 2022-ci il tarixində imzalananAzərbaycan Televiziya Radio VerilişləriQapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması vahid bazasının yaradılması ilə bağlı tədbirlər haqqındasərəncam da bu diqqətin təzahürüdür...

Bu günlərdə yolumuzu AzTV-dən saldıq. İlk dəfə doğma televiziyanın arxiv fondlarına daxil olmağın həyəcanını yaşayırıq. Məqsədimiz burada həyata keçirilən rəqəmsallaşdırma prosesi ilə yerində tanış olmaqdır.

Aparılan rəqəmsallaşdırma ilə əlaqədar bu ilin may ayında AzTV TRT ilə TİKA arasında arxiv materiallarından səmərəli istifadəyə dair əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən, müvafiq sahə üzrə təlim məqsədilə TRT-dən beş nəfərdən ibarət heyət AzTV-yə gəlib. TRT-nin peşəkar arxivçiləri 67 il ərzində toplanmış materialların rəqəmsallaşdırılması prosesinin peşəkar şəkildə həyata keçirilməsinə dəstək olub, bu sahədə bilik təcrübələrini bölüşüblər.

İlk olaraq AzTV-ninQızıl fondu rəqəmsallaşdırma mərkəzi”nə gəlirik. Mərkəz TİKA-nın (Türk Əməkdaşlıq Koordinasiya Agentliyi) dəstəyi ilə qurulub. Birinci dərəcəli mütəxəssis, növbə rəisi Elvin Mirzəyev proses barədə məlumat verdi. Bildirdi ki, lentlər avadanlığa daxil edilməzdən əvvəl xüsusi qurğu ilə təmizlənir: “Daha sonra rəqəmsallaşdırma otağına daxil olur. Lenti açıb onun çəkilişin başlanğıc, yaxud son hissəsi olduğunu aşkarlayırıq. Bundan sonra lenti xüsusi cihaza mərhələli şəkildə daxil edirik. İlk olaraq lent barabana keçirilib  bərkidilir. Tənzimləyici, səslə bağlı hissələrdən keçərək son olaraq yenidən bərkidilir. Əsas mərhələlərdən biri optik səsi oxuyan hissədir. Lentlər 16 35 mm olduğu üçün linzalar da onların ölçüsünə görə dəyişir. Rəqəmsallaşdırma prosesi ilk olaraq rəngdən başlayır. Kadrlar rənglənir, yaxud rənglər daha da dolğunlaşdırılır. Hazırda baxdığımız kadrlar Zəngilana məxsus çinar ağaclarının lentə alındığı süjetdir. Film Zəngilanın təbiətindən bəhs edir. Rəng fokus düzəldikdən sonra digər proseslərə keçid başlanır. 16-lıq lentlər optik maqnit səslə olmaqla iki qrupa bölünür. Bunun fərqi ondadır ki, maqnit səsi yazmaq üçün tamam başqa avadanlıqdan istifadə edilir. Hazırkı rəqəmsallaşdırma avadanlığında isə 16 35 mm lentlərin optik səsliləri yenilənir. 8 dəqiqəlik lentdə 70 kadr olur hər kadr bir-bir rənglənir. Lent bir həftəyə işlənib hazır olur”.

Biz rəqəmsallaşdırmadan sonra kadrların yenidən həyat qazanmasının şahidi oluruq. Şəffaf parlaq rənglər bu kadrlara sanki ikinci həyat verir. Bu işdə mütəxəssislərin rolu danılmazdır. Hər bir ağac, su, göl, hətta insan üzünün rənginin uyğunlaşdırılması bu avadanlığın köməyi ilə reallaşdırılır. Kadrların rənglənməsi otağın qaranlıq vəziyyətində həyata keçirilir.

Həmsöhbətimiz deyir ki, 60 mindən çox materialın qorunduğu bu bazanı rəqəmsallaşdırmaq uzun prosesdir. Eyni zamanda böyük səbir, diqqət səliqə tələb edir. 10 dəqiqəlik bir lentin rəqəmsallaşdırılması iki gündən 2 ayadək davam edə bilər. Mərkəz artıq iki filmi təhvil verib. Bunlardan biri yarım əsrdən çox yaşı olanİlan zəhəriqısametrajlı sənədli filmidir. Birinci dərəcəli böyük mühəndis Vəfa Qasımova deyir ki, rəqəmsallaşdırma AzTV-ninQızıl fond”unda saxlanılan minlərlə səs görüntünü keyfiyyətli şəkildə bərpa etmək, istifadəyə yararlı hala gətirmək gələcək nəsillərə ötürmək baxımından çox önəmlidir.

Filmoteka şöbəsinə keçirik. Şöbənin əməkdaşı, 42 ildən artıqdır burada çalışan Sahib Tağızadə maraqlı məlumatı bizimlə bölüşür. Deyir ki, kinolentin tərkibində gümüş olduğu üçün onu heç kim istifadəyə yararsız yazıb siyahıdan silə bilməz. “Sovet dövründə bizi məcbur edirdilər ki, ildə 2-3 ton kinolenti Ukraynaya yandırılmağa göndərək. Bu da o dövrdə Kimya Sənayesi Nazirliyinin əmri ilə ola bilərdi. Arxivimizdən yandırılmaq üçün göndərilən lentlər əsasən bizə aid olmayan materiallar olub. O vaxt çalışmışıq özümüzə aid olan bütün lentləri qoruyaq. Onun tərkibindəki gümüşün pulunu hesablayıb filmotekalarda çalışanlara yazırdılar”, – deyə müsahibimiz bildirir.

O danışdıqca artıq boğazımızın tutulduğunu hiss edirik. Otaqda temperatur da çox aşağıdır. Burada 10 dəqiqədən artıq dayanmaq olmur.

Sahib müəllim deyir ki, Hollivud mütəxəssislərinin fikrinə görə, kinolentlərin 700 ilə qədər yaşamaq şansı var: “Biz bunları günün tələbinə uyğun olaraq rəqəmsallaşdırsaq da, fondumuz olduğu kimi qorunur. Filmotekada 1930-cu illərdən bu yana lentlər var. Hər bir qutuda 10 dəqiqəlik lent var. Burada saxlanılan lentlər qutularla ölçülsə, 40-60 min civarındadır. Bir qutuda 35 mm materialda təxminən 6-10 dəqiqə arasında material var. Heç bir təsvir daşıyıcısı kinolentin yerini ala bilməz. Olduğumuz zalda eni 16 mm olan lentlər qorunurdu”. Bir qutunu götürüb, çətinliklə olsa, açırıq. İlk olaraq qutuda materialların sənədlərinə rast gəlirik. Sənəddə verilişin adı, onu çəkən rejissor operatorun adları, çəkiliş üçün razılıq sənədi xronometraj qeyd edilib. Burada səs təsvir ayrı yerləşdirilib. Olduğumuz otaqda 1960-1994-cü illərdə yazılmışXəbərlərburaxılışı verilişlərin lentləri saxlanılır.

İndi isə Video-kinomateriallar şöbəsindəyik. Redaktor Gülüş Ağaquluyeva bildirir ki,  rəqəmsallaşdırma çəkilişlərin rahat reallaşmasına səbəb olacaq: “Bizim üçün hər bir fond dəyərlidir. Çünki burada tariximizi, mədəniyyətimizi əks etdirən qiymətli materiallar, o cümlədən sənədli, bədii cizgi filmləri, televiziya tamaşaları s. qorunur...”.

Sonda onu da öyrənirik ki, rəqəmsallaşdırma üçün zəruri texniki avadanlıqlar TİKA TRT-nin köməkliyi ilə əldə edilərək AzTV-yə hədiyyə olunub.

 

Lalə Azəri

Mədəniyyət .- 2023.- 2 avqust.- S.5.