Uşaq İncəsənət
Festivalı çərçivəsində...
Sərgi, konsert, görüş
Ümummilli lider
Heydər Əliyevin
100 illik yubileyi münasibətilə Mədəniyyət
Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət
Festivalının (UİF) ikinci
mərhələsi davam
edir.
İyulun 29-da Lənkəran şəhər
Heydər Əliyev Mərkəzində rayon üzrə festivalın I mərhələsində tətbiqi-dekorativ
sənət, rəssamlıq
və heykəltaraşlıq
nominasiyalarında uğur
qazanmış şagirdlərin
əl işlərindən
ibarət sərgi təşkil edilib.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzi, şəhər Uşaq rəssamlıq məktəbi
və Lənkəran-Astara
Regional Təhsil İdarəsinin
birgə təşkilatçılığı
ilə keçirilən
tədbirdə əvvəlcə
Ulu öndər Heydər Əliyevin və şəhidlərin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ziyarətçilər
gün ərzində sərgidə yer alan əl işləri
ilə tanış olublar.
***
Masallı şəhər
Uşaq incəsənət
məktəbində rayon
üzrə UİF-nin
I və II mərhələsində
musiqi və rəqs nominasiyalarında uğur qazanmış uşaqların konserti keçirilib.
Əvvəlcə tədbir iştirakçıları
festivalda rəsm nominasiyası üzrə uğur qazanmış Masallıdan olan rəssamların əl işlərindən ibarət
sərgiyə baxıblar.
Çıxışlarda UİF-nin əhəmiyyətindən
bəhs edilib. Sonra konsert proqramı
təqdim olunub.
***
Yardımlı rayonu üzrə UİF-nin I mərhələsində
rəsm və dekorativ-tətbiqi sənət
nominasiyalarında uğur
qazanmış şagirdlərin
rayon ictimaiyyəti ilə görüşü
keçirilib. Rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Mədəniyyət Mərkəzinin
birgə təşkilatçılığı
ilə keçirilən
tədbirdə əvvəlcə
Ulu öndər Heydər Əliyevin və şəhidlərin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Festivalda uğurla
iştirak edən Kəmalə İbişli
öz təəssüratlarını
bölüşüb. Sonda
şagirdlərin əl
işlərindən ibarət
sərgiyə baxış
olub.
***
Festivalın I və II turlarında uğur qazanan Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin
(RMİ) tabeliyindəki Gəncə
şəhər Uşaq
incəsənət məktəbi
şagirdlərinin şəhər
Heydər Əliyev Mərkəzində sərgisi
təşkil olunub.
RMİ-nin rəis
vəzifəsini müvəqqəti
icra edən Pərvin Kazımov müsabiqədə uğur
qazanan şagirdləri
təbrik edərək
onlara nailiyyətlər
arzulayıb.
Daha sonra
şəhər Uşaq
incəsənət məktəbi
Vokal şöbəsinin
3-cü sinif şagirdi
Əmirxan Oruclu və Gəncə şəhər F.Əmirov
adına 1 nömrəli
Uşaq musiqi məktəbinin qızlardan
ibarət kanon ifaçıları ansamblı
tərəfindən Azərbaycan
və xarici ölkə bəstəkarlarının
əsərləri ifa
olunub, rəqs nömrələri təqdim
edilib.
***
Şəki-Zaqatala RMİ-nin təşkilatçılığı
ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində
rayon üzrə
UİF-nin I və II turunda iştirak edən uşaqların konserti təşkil olunub. Əvvəlcə rayon üzrə festivala qatılmış
istedadlı uşaqların
rəsmlərindən ibarət
sərgi nümayiş
etdirilib. Konsertdə Şəki şəhərində
yerləşən uşaq
incəsənət və
musiqi məktəblərinin
şagirdləri, R.Ocaqov
adına Şəki şəhər Uşaq-gənclər
inkişaf mərkəzinin
özfəaliyyət kollektivləri,
rəqs qrupları və s. çıxış
ediblər.
***
Zaqatala rayon
Heydər Əliyev Mərkəzində rayon üzrə rəssamlıq
nominasiyasında UİF-nin
II mərhələsinə vəsiqə qazanmış
uşaqların əl
işlərinin sərgisi
keçirilib.
Əvvəlcə şagirdlər mərkəzin
fəaliyyəti ilə
tanış olub, onlara Ulu öndərin
həyatı və siyasi fəaliyyətini əks etdirən eksponatlar haqqında məlumat verilib.
Daha sonra
qonaqlar sərgi ilə tanış olublar.
Nurəddin
Mədəniyyət
.- 2023.- 2 avqust.- S.3.