Başdaşına iki dəfə
1 avqust yazılan adam...
Avqustun 1-də Əməkdar incəsənət
xadimi, kinooperator, rejissor Ələkbər Yunus oğlu Muradovun (1948-2013) anadan olmasının 75 illiyi tamam oldu. 1 avqust
həmçinin Ələkbər
Muradovun dünyadan köçdüyü gündür.
Doğumu və
ölümü eyni günə təsadüf edən kino xadimi Bakının Əmircan kəndində kinomexanik ailəsində anadan olub. Azərbaycan
Neft-Kimya İnstitutunda
və Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun Kinooperatorluq
fakültəsində təhsil
alıb.
1973-cü ildən taleyini “Azərbaycanfilm” kinostudiyasına bağlayan Ələkbər Muradov burada “Qərib cinlər diyarında”, “Mən mahnı qoşuram”, “Qorxma, mən səninləyəm!” bədii filmlərində ikinci operator olub. O, həmçinin “Qaladan tapılan mücrü” (V.Kərimovla birgə), “Zirzəmi”, “Müqəddəs oda yanaram”, “O dünyadan salam” və s. bədii filmlərin quruluşçu operatorudur. 2002-ci ildə quruluş verdiyi “Güllələnmə təxirə salınır” bədii filmi milli kinomuzda özünəməxsus yer tutur. Ələkbər Muradovun filmoqrafiyasına “Anaya məktub”, “Gəmiqaya rəsmləri”, “Səadət təranələri”, “Odlu ürək”, “Nəsirəddin Tusi”, “Bakı: müharibə illəri” və s. sənədli filmlər də daxildir.
Mədəniyyət .- 2023.- 2 avqust.- S.1.