Mədəniyyətimizin böyük hamisi  

İllərin xronikasından

 

 

Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərindəsovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamlarıHeydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1995-ci il 5 fevral

Prezident Heydər Əliyev görkəmli bəstəkar, Xalq artisti Arif Məlikovun Azərbaycan Dövlət İncəsənət Muzeyində keçirilən müəllif gecəsində çıxış edib.

“...Yüksək professional səviyyəli musiqi əsəri, sənət əsəri yazmaq, ortaya çıxarmaq, şübhəsiz ki, böyük istedad tələb edir. Arif Məlikov belə bir fitri istedada malik insandır. Bu fitri istedadı ilə yanaşı, öz sənətini sevməsi, sənətinə sadiq olması fədakarcasına çalışması ona belə böyük əsərlər yaratmağa imkan verir.

Əlamətdar bir hadisədir ki, bugünkü müəllif gecəsi böyük bəstəkarımız, Azərbaycan xalqının fəxri, ölməz Qara Qarayevin anadan olduğu gündə keçirilir. Mənə elə gəlir, bəlkə bu axşam Qara Qarayevin anadan olması gününə həsr olunub... Üzeyir Hacıbəyovun Azərbaycanda yaratdığı musiqi məktəbi elə bir məktəb olub ki, ondan sonra xalqımız dünyaya bir çox görkəmli bəstəkarlar, musiqiçilər, mədəniyyət xadimləri verib. Qara Qarayev, Fikrət  Əmirov, Niyazi, Cövdət Hacıyev, Əfrasiyab Bədəlbəyli, başqaları bu məktəbin yetişdirməsi olan görkəmli sənətkar Arif Məlikov.

Arifin yazdığıMəhəbbət əfsanəsibaleti bütün dünyanın professional opera balet teatrlarında nümayiş etdirilir... Gərək ki, 1986-cı il idi. Böyük Teatrın yeni mövsümünün açılışı münasibətilə Arif MəlikovunMəhəbbət əfsanəsibaleti Yuri Qriqoroviçin quruluşunda tamaşaya qoyulmuşdu... Sovet İttifaqının rəhbərlərindən bir qrupu, o cümlədən mən Böyük Teatrın lojasında əyləşmişdik. Təsəvvür edin, mən qədər sevinirdim ki, Moskvada, zəngin tarixə malik olan Böyük Teatrın səhnəsində mövsümün açılışında Arif MəlikovunMəhəbbət əfsanəsiəsəri göstərilir. Mən orada həm sevinirdim, həm həzz alırdım, həm fəxr edirdim. Oturmuşduq yan-yanadövlət rəhbərləri dəfələrlə mənə tərəf dönürdülər məni təbrik edirdilər. Mən sevincimi onlara bildirirdim. Nəhayət, tamaşa başa çatandan sonra Arif Məlikovu Yuri Qriqoroviçlə bərabər səhnəyə dəvət etdilər. Biz onları alqışladıq mən onu təbrik etdim. Belə xatirələr çoxdur...

Mən incəsənət xadimlərinə, musiqiçilərə həmişə böyük diqqət yetirmişəm. Xatirimdədir, mən onlarla vaxtaşırı görüşüb danışarkən bir-biri ilə münasibətlərinin gərgin olduğunu hiss edirdim bunları aradan götürməyə çalışırdım... İstedadlı olanların hər birinin özünəməxsus xüsusiyyəti var. Mənim kimi siyasət adamı, respublikaya rəhbərlık edən adam gərək hərənin öz dilini bilsin, hərəni öz dili ilə dindirsin...

1973-cü ildə mən belə qərara gəldim ki, onları bazar günü Zuğulbada dəniz kənarındakı dövlət bağına dəvət edim, bir gün onlarla birlikdə olum. Rəhmətlik Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Soltan Hacıbəyov xanımları ilə gəlmişdilər. Tofiq Quliyev, Arif Məlikov başqaları da orada idilər. Biz bütün günü söhbət etdik, musiqidən danışdıq. Xatirimdədir, Tofiq Quliyevlə Niyazi pianoda çox gözəl çaldılar. Biz xeyli söhbət etdik. Hesab edirəm ki, bu, çox böyük bir görüş oldu. Bundan sonra münasibətlər xeyli düzəldi. Yaxşı əsərlər meydana gəldi. Fikrət ƏmirovunMin bir gecəbaleti çox gözəl əsərdir elə o dövrün bəhrəsidir...

...Həyatın bu çətin, ağır dövründə musiqi bəstələmək xüsusən simfonik əsərlər, professional, mürəkkəb əsər yaratmaq çox çətin məsələdir. Arif bunun öhdəsindən gəlir. Arif Məlikov Azərbaycan üçün böyük milli sərvətdir. Mən bunu heç şişirtmədən, tam qətiyyətlə deyirəm. Biz onu qorumalıyıq, ona qayğı göstərməliyik. Bizim bugünkü görüşümüz, bu müəllif gecəsi şübhəsiz ki, ona daha çox ilham verəcək o, yeni əsərlər yaradacaqdır...”.

1995-ci il 20 fevral

Heydər Əliyev Səttar Bəhlulzadə adına sərgi salonundaQadın Azərbaycan təsviri sənətindəmövzusuna həsr olunmuş sərginin açılış mərasimində iştirak edib.

1995-ci il 26 fevral

Heydər Əliyev Xocalı soyqırımının üçüncü ildönümü münasibətilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən xatirə məclisində çıxış edib.

1995-ci il 2 mart

Heydər Əliyev yazıçı Gəray Fəzlini 70 illik yubileyi münasibətilə təbrik edib.

1995-ci il 3 mart

Heydər ƏliyevGülüstansarayında Ramazan bayramı münasibətilə keçirilən tədbirdə çıxış edb.

“...Şübhəsiz, ən böyük arzumuz torpaqlarımızın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır... Bunun üçün şübhəsiz ki, biz çox görməliyik, xalqımızın mənəvi birliyini təmin etməliyik. Gücümüzün hamısını bir yerə toplamalıyıq. Biz vətəndaş həmrəyliyini, xalqın bütün təbəqələrinin həmrəyliyini bir məqsəd üçünAzərbaycanın müstəqilliyini qoruyub saxlamaq, respublikamızı bu ağır vəziyyətdən çıxarmaq üçün təmin etməliyik”.

1995-ci il 8 mart

Heydər Əliyev 10 martMilli Teatr Günü münasibətilə Azərbaycanın teatr xadimlərinə təbrik müraciəti ünvanlayıb.

Azərbaycanın teatr xadimləri bütün mütərəqqi fikirli ziyalılarla birlikdə milli azadlıq hərəkatımızın ön cərgəsində getmiş, xalqın ağır günlərində ona mənəvi dayaq olmuşlar, bu gün qədim mədəniyyətimizin dünyaya tanıdılmasında böyük işlər görürlər”, – deyə müraciətdə bildirilirdi.

 

Hazırladı: Vüqar Orxan

 

(davamı var)

Mədəniyyət .- 2023.- 2 avqust.- S.5.