Kitabxanada şairlə görüş

 

 

Astara rayon Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İlham İlhami (Haqverdiyev) ilə görüş keçirilib.

Tədbirdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidməti Mərkəzi Kitabxananın əməkdaşları, Astara şəhər 2, Ərçivan qəsəbə 1 nömrəli tam orta məktəblərin şagirdləri digər qonaqlar iştirak ediblər.

Şairin həyat yaradıcılığından söhbət açılıb, şeirlərinin ideya-bədii məziyyətlərindən danışılıb.

İlham İlhami tədbirin təşkilinə görə minnətdarlığını bildirib. Şagirdlər şairin şeirlərini söyləyiblər.

 

Mədəniyyət.- 2023.- 4 avqust.- S.4.