Uşaq İncəsənət
Festivalı davam edir
İlk mərhələdə uğur qazanmış şagirdlərin əl işlərinin sərgisi
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə
Mədəniyyət Nazirliyi,
Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, “BP
Azerbaijan” şirkətinin baş
sponsoru olduğu Uşaq İncəsənət
Festivalının (UİF) ikinci
mərhələsi davam
edir.
Masallı Dövlət Rəsm
Qalereyasında rayon üzrə
festivalın I mərhələsində
rəssamlıq nominasiyasında
uğur qazanmış
şagirdlərin əl
işlərindən ibarət
sərgi təşkil
edilib.
Qalereya və rayon Tarix-Diyarşünaslıq
Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə
Ulu öndər Heydər
Əliyevin və şəhidlərin əziz
xatirəsi bir dəqiqəlik sükutla
yad olunub.
Çıxışlarda UİF-nin əhəmiyyətindən bəhs
edilib, layihənin istedadlı uşaqların
öz yaradıcılıq
imkanlarını realizə
etmələri üçün
gözəl şərait
olduğu bildirilib.
Sonra qonaqlar şagirdlərin bir-birindən maraqlı əsərləri ilə tanış olublar.
Mədəniyyət.-
2023.- 4 avqust.- S.4.