Əsrlərin yadigarı ana dilim

 

1 avqustAzərbaycan Əlifbası Azərbaycan Dili Günü münasibətilə bölgələrdə müxtəlif səpkili tədbirlər təşkil edilib.

Qubadlı rayon V.Əliyev adına Mədəniyyət evi Mahmudlu kənd Mədəniyyət evi rayon İcra Hakimiyyəti ilə birgə dəyirmi masa keçiriblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsində Ümummilli lider Heydər Əliyevin tarixi rolu olub. Heydər Əliyevin imzaladığı fərmana əsasən, 2001-ci il avqustun 1-də ölkə ərazisində bütün idarə təşkilatlar, Azərbaycan dilində nəşrlər latın qrafikalı əlifbaya keçib. Ümummilli liderin müvafiq fərmanı ilə hər il avqustun 1-i Azərbaycan Əlifbası Azərbaycan Dili Günü kimi qeyd edilir.

Laçın Dövlət Rəsm Qalereyasında keçirilən tədbirdə ana dilimizin zənginliyindən danışılıb. Bildirilib ki, ən böyük mənəvi sərvətimiz olan ana dilimizin saflığını qorumaq, inkişaf etdirmək onu dərindən öyrənmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

***

E.Hüseynov adına Qazax rayon Mərkəzi KitabxanasıHeydər Əliyev: inkişaf etmiş dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir!” adlı tədbir keçirib. Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi qayğısı sayəsində zəngin mənəvi sərvətimiz olan dilimizin saflığının qorunması, inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür.

***

Beyləqan rayon Mədəniyyət Mərkəzi rayon MKS-nin birgə təşkilatçılığı iləHeydər Əliyev Azərbaycan dilimövzusunda tədbir keçirilib. Çıxış edənlər Ulu öndərin milli-mənəvi dəyərlərin qorunmasına dilimizin inkişafına hər zaman böyük qayğı ilə yanaşmasından danışıblar. Məktəblilər ana dilinə həsr olunmuş şeirlər söyləyiblər.

***

Şəki şəhər Heydər Əliyev Mərkəzində şəhər MKS ilə birgəUlu öndər Heydər Əliyev Azərbaycan dilimövzusunda tədbir keçirilib. Bildirilib ki, Ulu öndər Azərbaycan dilini dərindən sevib, bu dildə danışması ilə fəxr edib. Daha sonraHeydər Əliyev Azərbaycan dilimövzusunda videoçarx nümayiş olunub.

Balakən rayon Məlikzadə kənd kitabxanası Hənifə kənd Sənətkarlıq klubunun birgə təşkilatçılığı iləBu dil şirinlikdə şərbət kimidirbaşlığı altında tədbir keçirilib. Azərbaycan dili əlifbasının yaranması tarixindən danışılıb, uşaqlar dil haqqında şeirlər səsləndiriblər.

Qəbələ rayon Heydər Əliyev MərkəzindəÜmummilli lider Heydər Əliyevin dilimizə olan böyük sevgisiadlı tədbir təşkil edilib. Çıxışlarda Ulu öndərin Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atdığı Azərbaycan dilinin inkişafı qorunması məqsədilə əhəmiyyətli sənədlər imzaladığı qeyd edilib.

***

Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsiMənim ana dilimkeçmişim, ululuğumbaşlığı altında tədbir təşkil edib. Bildirilib ki, dil təkcə ünsiyyət vasitəsi deyil, həm xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət ənənələrini unutmamalı, onları təbliğ etməlidir.

***

Hacıqabul Rayon İcra Hakimiyyəti, rayon Heydər Əliyev Mərkəzi Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ana dilimizin zənginliyindən, saflığından, Ümummilli lider Heydər Əliyevin dilimizə sonsuz məhəbbətindən qayğısından danışılıb. Sonda videoçarx nümayiş olunub.

***

Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının təşkilatçılığı iləƏsrlərin yadigarı ana dilimadlı tədbir keçirilib. Qeyd olunub ki, dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı bu sahədə dövlət siyasətinin nəticəsidir.

***

Astara Dövlət Rəsm Qalereyası rayon Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana YAP rayon təşkilatı ilə birgəAna dili hər bir xalqın milli kimliyidiradlı tədbir keçirib. Azərbaycan dilinin kənar təsirlərdən qorunması inkişaf etdirilməsi istiqamətində Ulu öndər Heydər Əliyevin xidmətlərindən danışılıb. Sonda qonaqlar Astara Dövlət Rəsm Qalereyası dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Cəlilabad rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə ana dilimizin zənginliyindən, Ulu öndərin bu sahəyə qayğısından söz açılıb.

Lerik rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə bildirilib ki, dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, eləcə dövlət qurmaq qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur.

 

N.Məmmədli

Mədəniyyət.- 2023.- 4 avqust.- S.4.