Lənkəranda ABŞ-nin Monterey şəhəri ilə birgəDostluq parkıaçılıb

 

Lənkəran rayonunun İstisu qəsəbəsində Lənkəranın ABŞ-nin Monterey şəhəri ilə qardaşlaşması çərçivəsində yaradılanDostluq parkı”nın açılışı olub.

Tədbirdə Lənkəranın icra başçısı Taleh Qaraşov, Lənkəran-Monterey Dostluq Assosiasiyasının həmsədri Nensi Selfric Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Ramin Qurbanov iştirak ediblər.

Qeyd edilib ki, Lənkəran Monterey şəhərləri 2011-ci ildən qardaşlaşıb. İcra başçısı Taleh Qaraşov yeni salınan parkda gələcəkdə Monterey günlərinin keçirilməsi təklifi ilə çıxış edib.

Baş konsul Ramin Qurbanovun  sözlərinə görə, şəhərlər arasındakı qarşılıqlı əlaqələrin hərtərəfli dinamik inkişafı toplumlar arasındakı yaxınlaşma Azərbaycan diasporunun fəaliyyətinə müsbət təsir göstərir.

Lənkəran-Monterey Dostluq Assosiasiyasının həmsədri Nensi Selfric tədbirdə iştirakdan Lənkəranda olmaqdan məmnunluğunu ifadə edib. O, qarşılıqlı əlaqələrin inkişafı adət-ənənələrimizin təbliği baxımından Montereydə Lənkəran günlərinin keçirilməsinin əhəmiyyətindən danışıb.

Qeyd edək ki, İstisu qəsəbəsində 5 hektar olan ərazidə salınanDostluq parkıiki hissədəngöl bağdan ibarətdir. Tikintisinə 2022-ci ildən başlanılan parkın birinci hissəsi yekunlaşıb. Ərazidə süni göl salınıb, göldə katamaranlar yerləşdirilib, ərazidə söhbətgahlar quraşdırılıb.

Lənkəran-Monterey Dostluq Assosiasiyasının həmsədri Nensi Selfric tərəfindən hədiyyə olunanCırtdanheykəli buradadır. Azərbaycan folklorunun sevimli qəhrəmanı ABŞ-nin Kaliforniya ştatının Monterey şəhərində adına park olan oxşar qəhrəmanDenis the Menace”i salamlayır. Layihənin ikinci hissəsində parkda meyvə bağları, lavanda sahəsi gənclərin istirahəti məqsədilə düşərgələr qurulması nəzərdə tutulub.

 

Mədəniyyət.- 2023.- 4 avqust.- S.7.