Azərbaycanlı icması Amerikada Millətlər Festivalında
ABŞ-nin Men (Meine) ştatının Portland şəhərində
iyulun 29-da keçirilmiş
XXI Millətlər Festivalında
(Festival of Nations) ölkəmiz də təmsil olunub.
Diasporla
İş üzrə
Dövlət Komitəsindən
verilən məlumata görə, “Deering Oaks” parkında
gerçəkləşən festivalda ölkəmizi Men
Azərbaycanlıları Cəmiyyəti
təmsil edib. Cəmiyyət tərəfindən
Azərbaycan pavilyonu təşkil edilib. Burada xalqımızın zəngin mədəniyyətini,
milli mətbəxini əks
etdirən nümunələr
və Azərbaycan brendinə məxsus məhsullar nümayiş etdirilib.
Cəmiyyətin sədri Tərlan
Əhmədov bildirib
ki, Azərbaycan bayrağının
festivaldakı digər
ölkələrin bayraqları
sırasında yer alması icmaya qürur hissi yaşadıb. Yerli sakinlər Azərbaycan mədəniyyətinə və
mətbəxinə böyük
maraq göstəriblər:
“300-dən çox iştirakçı
pavilyonda milli mətbəx
nümunələrimizə qonaq oldu. Men ştatındakı icma üzvləri ilə yanaşı, Bostondan gələn dostlarımız
bu hadisəni yaddaqalan etdilər”.
Qeyd edək ki, icma fəalları Azərbaycan
guşəsini ziyarət
edənlərə ölkəmiz
haqqında, eləcə
də Men Azərbaycanlıları
Cəmiyyətinin fəaliyyəti
barədə məlumat
veriblər.
Mədəniyyət.-
2023.- 4 avqust.- S.8.