Özbək teatrının “Qayınana”sı yenə Bakıda
Bakıda keçirilən
Özbəkistan mədəniyyəti
günləri çərçivəsində
Muqimi adına Özbəkistan Dövlət
Musiqili Teatrı avqustun 3-də yenidən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində
çıxış edib.
Kollektiv bu
dəfə azərbaycanlı
teatrsevərlərə bizim
öz səhnə əsərimizi – məşhur
“Qayınana” musiqili tamaşasını (dramaturq
– Məcid Şamxalov,
musiqi – Zakir Bağırov, Tofiq Quliyev) təqdim edib.
Özbək teatrında musiqili komediyanın rejissoru Daston Xakberdiyev, rəssamı Cəlaləddin
Rahimov, tamaşanın
dirijoru Akmal Turayevdir.
Xatırladaq ki, “Qayınana” tamaşası Bakıda ötən ilin dekabrında rejissor Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda Özbəkistanın Kattakurqan Şəhər Dram Teatrının kollektivinin iştirakı ilə də nümayiş olunmuşdu.
Mədəniyyət.- 2023.- 4 avqust.- S.5.