Özbəkistan mədəniyyəti günləri sona çatır
Avqustun 1-də başlayan Azərbaycanda Özbəkistan mədəniyyəti
günləri bu gün sona çatır.
Avqustun 3-də Muqimi adına Özbəkistan Dövlət
Musiqili Teatrı Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Məcid Şamxalovun “Qayınana” tamaşasını nümayiş
etdirib.
Həmin gün
axşam Dənizkənarı
Milli Parkda Özbəkistan incəsənət
ustalarının iştirakı
ilə konsert proqramı təqdim olunub.
Avqustun 4-də Özbəkistan nümayəndə heyəti üçün paytaxtla tanışlıq və mədəni proqram nəzərdə tutulub.
Mədəniyyət.-
2023.- 4 avqust.- S.1.