Azərbaycan kinosu 125 yaşını qeyd etdi

 

İnanıram ki, milli kinematoqrafiya tarixi uğurları fonunda zamanla layiqli inkişaf yolunu tapacaq

 

Avqustun 2-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kinosunun 125 “Azərbaycanfilmkinostudiyasının yaradılmasının 100 illiyi Azərbaycan Kinosu Gününə həsr olunmuş tədbir keçirildi.

TədbirHeydər Əliyev Azərbaycan kinosumövzusunda videoçarxın nümayişi ilə başlandı.

Mədəniyyət naziri Adil Kərimli çıxış edərək Azərbaycan kinematoqrafiyasının keçdiyi uğurlu yoldan danışdı. Bildirdi ki, 125 il ərzində Azərbaycan kinematoqrafiyası bir sıra ölkələr üçün nümunə olacaq sənət uğurları nümayiş etdirib: “Biz sevinirik ki, bu gün kinematoqrafiya sahəsində görkəmli sənətkarlarımız var. Bu sahədə yetərincə istedadlı öz sözünü deməyi bacaran gənclərimizi qeyd etmək istərdim. Azərbaycan kinematoqrafiyasının da hamisi olmuş Ümummilli lider Heydər Əliyev milli kinonun inkişafına xüsusi önəm verirdi. Prezident İlham Əliyev tərəfindən Azərbaycan kinematoqrafiyasının inkişafı istiqamətində mühüm addımlar atılıb. 2008-2018-ci illərdə Dövlət Proqramının qəbul edilməsi, eyni zamanda Azərbaycan filmlərinin çəkilişində dövlət investisiyalarının artırılması, filmlərimizin nüfuzlu festivallara çıxması üçün şəraitin yaradılması, Azərbaycan Kino Agentliyinin təsis edilməsi bu sahəyə olan qayğının diqqətin göstəricisidir”.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu ilin aprel ayında keçirilən Kino Forumunun əhəmiyyətini vurğulayan nazir dedi ki, məqsəd komanda şəklində bu sahədə olan problemlərin aradan qaldırılması üçün birgə çıxış yolu tapmaq idi: “İnanıram ki, Azərbaycan kinematoqrafiyası kinomuzun tarixi uğurları fonunda zamanla öz layiqli inkişaf yolunu tapacaq. Mən eyni zamanda bu günlərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) könüllü olaraq birləşməsini xüsusi qeyd etmək istərdim. Bu istiqamətdə bizim dəyərli sənətkarlarımız olan Rasim Balayev Şəfiqə Məmmədova çox böyük bir addım atmış oldular. Düşünürəm ki, bu, Azərbaycan kinematoqrafiyası üçün böyük bir çağırış oldu. Bu sahəni inkişaf yoluna çıxara bilmək üçün bu birlik zəruri idi”.

Adil Kərimli daha sonra bütün kino işçilərini peşə bayramları münasibətilə təbrik edərək onlara yaradıcılıq uğurları arzuladı. Nazir dedi ki, builki Azərbaycan Kinosu Günü ölkəmizdə keçirilən Özbəkistan mədəniyyəti günləri ilə əlamətdardır. Ölkəmizdə səfərdə olan Özbəkistanın mədəniyyət naziri Xalq artisti Ozodbek Nazarbekov da tədbirin qonaqları arasındadır.

Səhnəyə çıxan nazir Ozodbek Nazarbekov tədbir iştirakçılarını salamladı əlamətdar gün münasibətilə ölkəmizin kino ictimaiyyətini təbrik etdi.

Xalq artisti Rasim Balayev vaxtilə beş özbək filmində rol aldığını, eləcə qardaş ölkənin aktyorlarının Azərbaycan filmlərində çəkildiklərini qonaq nazirin diqqətinə çatdırdı.

Artıq birləşmək qərarı vermiş iki yaradıcılıq təşkilatının rəhbərləri – AKİ-nin sədri Xalq artisti Rasim Balayev ARKİ-nin sədri Xalq artisti Şəfiqə Məmmədova ölkəmizdə kinematoqrafiyanın inkişafı naminə görülən işlərdən məmnunluqlarını ifadə etdilər, kino xadimlərinə uğurlar arzuladılar.

Nazir Adil Kərimli Xalq artistləri Rasim Balayevin Şəfiqə Məmmədovanın Mədəniyyət Nazirliyinin fəxri diplomu ilə təltif olunduqlarını bildirdi diplomları onlara təqdim etdi.

Mərasimdə ARKİ AKİ-nin təsis etdikləri mükafatlar da sahiblərinə təqdim olundu.

ARKİ-ninMilli Kino MükafatıƏməkdar incəsənət xadimləri Aydın Kazımzadə Ayaz Salayevə təqdim edildi. Hər iki kino xadimi qısa çıxışları zamanı diqqətə görə təşəkkür edərək bundan sonra da böyük sevgi şövqlə kinonun inkişafına öz töhfələrini verməkdə davam edəcəklərini vurğuladılar.

Öz növbəsində AKİ-nin mükafatlarını sahiblərinə təqdim edən Rasim Balayev qeyd etdi ki, inşallah, növbəti ildən bu mükafatlar ittifaqlar birləşdiyi üçün vahid şəkildə təqdim olunacaq.

Rasim Balayev peşə bayramları ərəfəsində dünyasını dəyişən kino xadimləri Cəmil Fərəcov Məmməd Məmmədovu da yada saldı. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla hər iki sənətkarın xatirəsini ehtiramla yad etdilər.

Mərasimdə daha sonra səhnəyə çıxan Mədəniyyət Nazirliyi Audiovizual interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov bir qrup kino işçisinin nazirlik tərəfindən fəxri fərmanla təltif edildiyini diqqətə çatdırdı mükafatlar təqdim olundu.

Avanqardkamera orkestrinin təqdimatında Azərbaycan kinosunun 125, “Azərbaycanfilmkinostudiyasının 100 illiyinə həsr olunmuş konsert proqramı ilə tədbirə yekun vuruldu.

Xatırladaq ki, 1898-ci il avqustun 2-də Bakıda fransız fotoqraf kinooperator Aleksandr Mişon çəkdiyi bir neçə kinosüjetin kütləvi nümayişini təşkil edib. Bu əlamətdar hadisə ilə Azərbaycanda kinonun tarixi başlanıb. Prezident Heydər Əliyevin 2000-ci il dekabrın 18-də imzaladığı fərmanla 2 avqustAzərbaycan Kinosu Günüelan edilib.

 

Lalə Azəri

Mədəniyyət.- 2023.- 4 avqust.- S.1;2.