Qardaş ölkələr arasında mədəni əlaqələrin inkişafına
töhfələrinə görə
Özbəkistanın mədəniyyət xadimlərinə Azərbaycanın
dövlət təltifləri
təqdim olundu
Prezident İlham
Əliyevin 30 avqust
2022-ci il tarixli sərəncamları ilə
Özbəkistanın bir
qrup mədəniyyət
və incəsənət
xadimi dövlət təltiflərinə layiq
görülüb.
Avqustun 3-də ölkəmizdə Özbəkistan
mədəniyyəti günləri
çərçivəsində dövlət təltifləri
sahiblərinə təqdim
olundu.
Milli İncəsənət
Muzeyində keçirilən
mərasimdə iki ölkənin mədəniyyət
nazirləri, tanınmış
incəsənət xadimləri
iştirak edirdilər.
Azərbaycan mədəniyyət nazirinin
müşaviri Oleq Əmirbəyov qonaqları
salamlayaraq bildirdi ki, ölkələrimiz arasında dostluq münasibətləri, əlaqələrin
möhkəmlənməsində dövlət başçıları
– Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin müstəsna xidmətləri var. Sevindirici haldır ki, Prezident İlham
Əliyev tərəfindən
Azərbaycan Respublikası
ilə Özbəkistan
Respublikası arasında
mədəni əlaqələrin
inkişafında xidmətlərinə
görə qardaş ölkənin bir qrup mədəniyyət xadimi “Xalq artisti”
fəxri adı və “Dostluq” ordeni ilə təltif edilib. Qardaş ölkələrimiz
arasında dostluq münasibətləri bütün
istiqamətlərdə olduğu
kimi, mədəniyyət
sahəsində də
uğurla inkişaf edir.
Sonra tanınmış
müğənni Nəsibə
Abdullayevaya “Azərbaycan
Respublikasının Xalq
artisti” fəxri adının nişanı
və vəsiqəsi təqdim edildi.
Mükafatı mədəniyyət naziri Adil Kərimli təqdim etdi. Adil Kərimli iki xalq arasında
bağların daha da yaxınlaşmasında
xidmətləri olan sənət adamlarını
təbrik edərək
yaradıcılıq uğurları
arzuladı.
Nəsibə Abdullayeva Azərbaycan xalqının onu unutmadığını, sənətinə
hər zaman diqqət və sevgi ilə yanaşdığını qeyd
edərək yüksək
dövlət təltifinə
görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Daha sonra
“Dostluq” ordeni ilə təltif edilən Haşimjon İsmayılov, Əli Nəsirli və Kamoliddin Urinbayevin mükafatları təqdim
olundu. Əli Nəsirli mərasimdə iştirak edə bilmədiyi üçün
mükafat nümayəndə
heyətinə təqdim
edildi.
Təltif olunanlar
çıxış edərək
Azərbaycanda fəaliyyətlərinə
verilən yüksək
qiymətə, göstərilən
diqqət və qayğıya görə ölkə başçısına
dərin minnətdarlıqlarını
dilə gətirdilər.
Sənət adamları
Azərbaycan və Özbəkistanda mədəniyyətin
inkişafına bundan
sonra da öz töhfələrini
verəcəklərini vurğuladılar.
Mərasimdə Özbəkistan Prezidentinin
sərəncamı ilə
fəxri ada layiq görülən azərbaycanlı sənət
və elm adamları da iştirak edirdi.
İki ölkənin
nazir və sənətçiləri birgə
xatirə şəkli
çəkdirdilər.
Özbəkistanlı qonaqlar Milli İncəsənət Muzeyinin
ekspozisiyası ilə
də tanış oldular.
Lalə
Mədəniyyət.- 2023.- 4 avqust.- S.3.