Qəbələdə musiqi bayramı
başa çatdı
– növbəti festivalda
görüşənədək...
Xəbər verdiyimiz kimi, Qəbələ şəhəri
növbəti beynəlxalq
musiqi bayramına ev sahibliyi edib.
27 iyul – 2 avqust tarixlərində Heydər
Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət
Nazirliyinin dəstəyi
ilə keçirilən
XIII Beynəlxalq Qəbələ
Musiqi Festivalı musiqisevərləri, şəhərin
qonaqlarını rəngarəng
konsert proqramları ilə sevindirib.
Festivalın son iki gününün
konsertləri da maraqlı
olub.
Avqustun
1-də Heydər Əliyev
Konqres Mərkəzində
görkəmli alman bəstəkarı
Yohannes Bramsın (1833-1897) 190 illik yubileyinə həsr olunmuş “Bramsı sevirsiniz?” adlı konsert proqramı təqdim olunub.
Konsertdə Xalq artisti, pianoçu Fərhad Bədəlbəyli, Henri-David Varema
(violençel, Estoniya),
beynəlxalq müsabiqələr
laureatı Dennis Həsənov
(violin, Rusiya), həmçinin
Əməkdar artistlər
Fəridə Məmmədova
(soprano) və Səbinə
Əsədova (mezzo-soprano) maraqlı
konsert proqramı ilə çıxış
ediblər. Solistləri
pianoda Rebekka Maqomedova müşayiət
edib.
Konsertdə Bramsın “3 nömrəli
violin sonatası”, “Piano, violin və violençel üçün trio”, “Qız”,
“Əbədi sevgi haqqında”, “Mənim sevgim yaşıldır”,
“Təkcə gülüşün”,
həmçinin 3 duet – “Sevgi
yolu” (Allegro), “Sevgi yolu” (Poco Adagio) və “Dəniz” əsərləri
səsləndirilib.
Həmin
gün axşam açıq havada konsert səhnəsində
festivalın qonaqları
çıxış ediblər.
Tamaşaçılar Litva Kamera Orkestrinin müşayiəti ilə
polşalı violin ifaçısı
Mariusz Patyranın çıxışını böyük
maraqla izləyiblər.
Polşalı musiqiçi
virtuoz ifası ilə Qəbələ festivalının proqramına
xüsusi ahəng qatıb.
Konsertdə V.A.Motsartın “Kiçik gecə serenadası”, Z.Kodalyın
“Kallayi kəndinin rəqsləri”, Y.Sukun “Sevgi mahnısı”, M.Ponse-Y.Heyfetsin “Kiçik
ulduz”, F.Kreyslerin “Vyana kapriççiosu”,
F.Latenasın “Bolero”, B.Dvarionasın
“Göl qırağında”,
A.Dvorjak-Y.Heyfetsin “7 nömrəli
Yumoreska”, F.Şopen-N.Milsteinin
“Noktürn”, A.Batsininin
“Cırtdanların rəqsi”,
Q.Diniku-Y.Heyfetsin “Hora Staccato” əsərləri səsləndirilib.
***
Festivalın sonuncu günü Heydər Əliyev Konqres Mərkəzində
musiqisevərlərə növbəti
kamera konserti təqdim olunub.
Tamaşaçılar Xalq artistləri Ülviyyə Hacıbəyova
(piano), Gülnaz İsmayılova (soprano), respublika və beynəlxalq müsabiqələr
laureatları Səidə
Tağızadə (piano),
Ümidə Abasova (skripka) və Prezident təqaüdçüsü
Vurğun Vəkilovun
(piano) ifasında Avropa və Azərbaycan bəstəkarlarının
əsərlərini dinləyiblər.
Konsertdə Fərhad
Bədəlbəylinin “Şuşa
xatirələri”, “Vokaliz”,
Niyazinin “Rast” simfonik muğamından fraqmentlər, Qara Qarayevin “Sonatina”, Sevda Məmmədlinin “Laçın balladası”,
Sergey Raxmaninovun “Fuqa re minor”,
Emin Sabitoğlunun “Dədə Qorqud” kinofilminin musiqi mövzuları əsasında
popurri, Fikrət Əmirovun “Min bir gecə” baletindən fraqmentlər,
Vasif Adıgözəlovun
“Bakı” əsəri
səsləndirilib.
***
Avqustun 2-də axşam XIII Qəbələ
Beynəlxalq Musiqi Festivalının son konserti olub. Bağlanış konsertində
Xalq artisti Ənvər Sadıqov (qarmon), Əməkdar artist Emil Əfrasiyab
(piano) və “Qaytağı” instrumental ansamblının iştirakı
ilə tamaşaçılara
möhtəşəm proqram
təqdim edilib.
Ansamblın heyətinə
Əməkdar artist Ələkbər Ələkbərov
(tar), Şakir Davudov (skripka), Orxan Musayev (balaban, klarnet), Xasay Gülməmmədov
(saz, ud), Bəhram Mahmudov (qoşanağara, perkussiya),
Elvin Bəşirov (zərb alətləri), Taleh Ağayev (piano), Elmir Əliyev
(nağara), Səlim Məmmədov (bas-gitara) və Hidayət Sadıqbəyli (piano) daxildir.
Konsertdə Üzeyir
Hacıbəylinin “Arşın
mal alan” operettasından və “Əhməd haradadır?” kinofilminin musiqisi (bəstəkar Rauf Hacıyev) əsasında popurrilər, Cahangir Cahangirovun “Zəriflik”, xalq rəqsi “Xançobanı”, “Telefonçu
qız” filmindən “Xəyal”, “Doğma nəğmələr” (bəstəkar
Tofiq Quliyev), Astor Pyatsollanın “Adios Nonino”, Ənvər Sadıqovun “Praktike by 9/8”, Emil Əfrasiyabın “Prayer”, Ruhəngiz Qasımovanın “Anacan, dostum evlənir”, “Ətrin qalıb güllərdə”, “Oyuncaq”
kinofilminin musiqisi (V.Cosma) əsasında popurri, Tofiq Quliyevin “Naxçıvani”,
xalq mahnısı “Laçın”, xalq rəqsi “Uzundərə”, eləcə də “Xan Şuşinskinin repertuarından”, “İtalyansayağı”
musiqi nömrələri
təqdim olunub.
Proqram sürəkli alqışlarla qarşılanıb. Festivalın bədii rəhbərləri – Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə ifaçılara və tamaşaçılara təşəkkür ediblər.
Beləliklə, XIII Qəbələ Beynəlxalq
Musiqi Festivalı başa çatıb.
2009-cu ildə əsası qoyulan festival bu dəfə
də musiqi dünyasının diqqətini
Qəbələyə cəlb
edə bilib. Yeddi gün davam edən musiqi bayramında Azərbaycanla yanaşı,
Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən musiqiçilər
iştirak ediblər.
Festival günlərində musiqisevərlər və Qəbələnin qonaqları Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi iştirakçılarının, Bakı Kamera Orkestrinin, “Clarte” klarnet kvartetinin, Litva Kamera Orkestrinin, gənc muğam ifaçılarının konsertlərini izləmək imkanı əldə ediblər. Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində və açıq səhnədə keçirilən konsertləri minlərlə tamaşaçı izləyib.
Mədəniyyət.-
2023.- 4 avqust.- S.1;5.