“Xəzərin sahilində”
– Sumqayıtda konsert və plener
Sumqayıtda “Xəzərin sahilində”
adlı layihəyə
başlanılıb. Layihə
çərçivəsində avqustun 13-də Sumqayıt
Şəhər İcra
Hakimiyyəti və Abşeron-Xızı RMİ-nin
birgə təşkilatçılığı
ilə Sumqayıt bulvarında şəhərin
sakinləri və qonaqları üçün
konsert proqramı və gənc rəssamların pleneri keçirilib.
Konsertdə N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət
Mərkəzinin özfəaliyyət
kollektivi olan “Endorfin” rok musiqi
qrupu rəngarəng proqramla çıxış
edib. Sumqayıtlı rəssamlar musiqi sədaları altında təcrübə mübadiləsi
edərək rəsm əsərləri çəkiblər.
Qeyd edək ki, “Xəzərin sahilində” layihəsi sentyabrın 3-dək davam edəcək.
Mədəniyyət.- 2023.- 16 avqust.-
S.4.