Milli rejissorluq sənətimizin korifeyi
Masallı rayon
Mərkəzi Kitabxanasında
görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Kazımovun
(1923-1980) 100 illiyinə həsr
edilmiş tədbir keçirilib.
Kitabxananın əməkdaşları Şəmsurə
Nəsirova və Rasif Dadaşov sənətkarın həyatı
və yaradıcılıq
fəaliyyətindən, Azərbaycan
teatrının, rejissor
sənətinin inkişafındakı
xidmətlərindən söz
açıblar.
Qeyd edilib ki, 1964-cü ildən 1980-ci ilədək Azərbaycan Dövlət Akademik Dram Teatrının baş rejissoru vəzifəsində çalışan Tofiq Kazımov bu səhnədə yaddaqalan tamaşalar hazırlamaqla bərabər, gənclərin teatra cəlb olunmasında böyük xidmətlər göstərib. Onun quruluş verdiyi V.Şekspirin “Hamlet”, İ.Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, C.Məmmədquluzadənin “Ölülər”, C.Cabbarlının “Aydın”, M.S.Ordubadinin “Qılınc və qələm”, Ə.Haqverdiyevin “Pəri cadu” və digər səhnə əsərləri Azərbaycan teatr salnaməsində xüsusi yer tutur.
Mədəniyyət.- 2023.- 16 avqust.-
S.4.