Gənclik
dünyanı sülhə səsləyir
12 avqust Beynəlxalq Gənclər Günüdür.
Əlamətdar gün 1998-ci ilin 8-12 avqust tarixlərində
Portuqaliyanın paytaxtı Lissabon şəhərində
dünya ölkələri gənclərlə iş üzrə
nazirlərinin iştirakı ilə keçirilən beynəlxalq
konfransda təsis olunub. Beynəlxalq Gənclər Günü
münasibətilə bölgələrdə bir sıra tədbirlər
keçirilib.
Lənkəran-Astara RMİ və Lənkəran-Astara
Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı
ilə Lənkəran şəhər Mərkəzi
Kitabxanasında “Gənclik parlaq gələcəyimizdir!”
mövzusunda tədbir keçirilib. Çıxışlarda
qeyd olunub ki, ölkəmizdə gənclərə yüksək
diqqət və qayğı göstərilir, uğurlu dövlət
gənclər siyasəti həyata keçirilir. Ulu öndər
Heydər Əliyevin əsasını qoyduğu gənclər
siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə
müasir dövrün tələblərinə uyğun davam
etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə
geniş imkanlar yaradır.
***
Qax rayon Heydər Əliyev Mərkəzi, S.Vurğun
adına rayon Mədəniyyət Mərkəzi, 1 nömrəli
şəhər Mədəniyyət evi və rayon MKS-nin 2 və
4 saylı şəhər kitabxanalarının birgə təşkilatçılığı
ilə “Gənclik dünyanı sülhə səsləyir!”
adlı konsert proqramı keçirilib.
Çıxışlarda ölkəmizdə gənclər
siyasətinin əsasını qoymuş Ulu öndər Heydər
Əliyevin bu sahədə göstərdiyi misilsiz xidmətlərindən
bəhs olunub. Bədii hissədə incəsənət
ustaları və müxtəlif rəqs qrupları tərəfindən
konsert proqramı təqdim edilib.
Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi”
adlı tədbir təşkil edilib. Əsası Ulu öndər
tərəfindən qoyulmuş dövlət gənclər
siyasətinin Prezident İlham Əliyev tərəfindən
layiqincə davam etdirildiyi diqqətə
çatdırılıb. Sonda “Heydər Əliyev və gənclik”
adlı film nümayiş olunub.
***
Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin,
Qarabağ Regional Gənclər və İdman İdarəsinin
Ağcabədi rayonu üzrə sektorunun təşkilatçılığı
ilə Beynəlxalq Gənclər Gününə həsr
olunmuş tədbir keçirilib. Ağcabədi Olimpiya
İdman Kompleksində təşkil edilən tədbirdə bildirilib
ki, Ulu öndərin təməlini qoyduğu gənclər
siyasəti müstəqil Azərbaycan dövlətinin ən
mühüm fəaliyyət istiqamətlərindən biridir.
N.Məmmədli
Mədəniyyət.- 2023.- 16 avqust.-
S.4.