Heydər Əliyev Azərbaycan mədəniyyəti”

 

Layihə çərçivəsində seminar keçirilib

 

İrsimizin Tədqiqi Təbliğiİctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı iləHeydər Əliyev Azərbaycan mədəniyyətiadlı layihə həyata keçirir.

Ulu öndərin 100 illiyi münasibətilə reallaşan layihə çərçivəsində ilk tədbir avqustun 11-də Gəncə şəhər Heydər Əliyev Mərkəzində təşkil olunub. “Heydər Əliyev nitq mədəniyyətiadlı elmi seminarda mədəniyyət işçiləri, pedaqoqlar, qazilər iştirak ediblər.

Tədbiri Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətilərini icra edən İlknur İsgəndərova açıb.

İrsimizin Tədqiqi Təbliği” İB-nin sədri sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı layihə haqqında məlumat verib.

Filologiya üzrə fəlsəfə doktoru, AMEA Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutu Ədəbiyyat şöbəsinin müdiri Ruziyə QuliyevaÜmummilli lider Heydər Əliyevin müdrik kəlamları”, bölmənin Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar MuxtarovHeydər Əliyev Gəncə ədəbi mühiti”, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent, həmin mərkəzin böyük elmi işçisi Aləmzar TağıyevaUlu öndər Heydər Əliyevin natiqlik məharəti”, Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğu Nizami məqbərəsi  filialının müdiri Gülnarə İsmayılovaHeydər Əliyev Nizami irsi”, Gəncə şəhər 4 nömrəli Uşaq musiqi məktəbinin direktoru, Gəncə Dövlət Universitetinin dissertantı Aynur ŞıxıyevaÜmummilli lider Heydər Əliyev milli musiqimizmövzularında çıxış ediblər.

Tədbirin bədii hissəsində musiqi məktəbinin müəllimləri Rüstəm Cəfərov Aişə Cəfərovanın ifasında Ü.Hacıbəylinin Nizaminin qəzəlinə yazdığıSənsizromansı, pianoçu Gülcan Qasımovanın ifasında Ulu öndərin çox sevdiyiKüçələrə su səpmişəmxalq mahnısı, F.ƏmirovunMən səni araram C.CahangirovunAlagözmahnıları səslənib.

Sonda ictimai birliyin sədri Səadət Təhmirazqızı tədbirin təşkili üçün yaradılan şəraitə görə Gəncə şəhər Heydər Əliyev Mərkəzinin rəhbərliyinə, eləcə iştirakçılara təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2023.- 16 avqust.- S.6.