Cənub bölgəsində arxeoloji
monitorinq aparılıb
AMEA Arxeologiya,
Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji abidələrin toplusu” sektorunun əməkdaşları Azərbaycanın
cənub bölgəsində
monitorinq aparıblar.
Yardımlı, Astara, Lerik və digər
rayonlarda qoç daşlar və insan başı formalı məzar daşlarına baxış
keçirilib. Baxış
zamanı məlum olub ki, tapıntılar
XV- XVII əsrlərə, Ağqoyunlu
və Səfəvilər
dövlətləri dövrünə
aiddir.
Monitorinq zamanı Astara rayonunun Alaşa kəndində Orta əsrlərə aid Əlişah qalasının qalıqlarına
da baxış keçirilib. İnstitutun
əməkdaşı, tarix üzrə
fəlsəfə doktoru
Mikayıl Mustafayev el arasında “Divəkə” adlandırılan
qalanın vaxtilə sovet ordusunun hərbçiləri tərəfindən
keçirilən təlimlər
zamanı dağıntılara
məruz qaldığını
bildirib.
Monitorinq qrupunun üzvləri yaxın vaxtlarda burada tədqiqat işlərinə
başlamağı nəzərdə
tutub.
Mədəniyyət.- 2023.- 16 avqust.- S.3.