Sufizmin Nizami Ruminin əsərlərinə təsiri

 

 

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun (DTMQ) təşəbbüsü iləHeydər Əliyev İliçərçivəsindəSufizmin Nizami Gəncəvi Mövlanə Cəlaləddin Ruminin əsərlərinə təsirimövzusunda onlayn beynəlxalq konfrans keçirilib.

Nizami Gəncəvi Məqbərə Kompleksinin direktoru Gülnarə İsmayılovanın moderatorluğu ilə keçən konfransda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi dosent Əzizağa Nəcəfzadə çıxış edib.

AlimBöyük humanist sənətkaradlı məruzəsində humanizmin əsas müddəalarının Nizami irsində əks olunduğunu diqqətə çatdırıb. Bildirib ki, dünya humanizm məktəbinin tam mənzərəsinin aydın təsəvvür edilməsi üçün Nizami Gəncəvi kimi bədii söz ustadının həyata, insana, cəmiyyətə baxışlarının öyrənilməsi zəruridir.

Konfransda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidməti Mədəni irsin qorunması şöbəsinin müdiri Səbuhi Bəşirov, Türkiyənin Gəncə şəhərindəki baş konsulu Rəcəb Öztop, Səlcuq Universitetinin fars dili ədəbiyyat müəllimi professor Ali Temizel, Atatürk Universiteti fars dili ədəbiyyat bölümünün rəhbəri professor Nimet Yıldırım iki dahi şairin ortaq türk mədəniyyətinin, ədəbiyyatının təşəkkülündə xidmətlərindən bəhs ediblər.

Sonda Gəncə DTMQ-nin direktoru vəzifəsini icra edən Vüsal Alıyev iştirakçılara təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2023.- 16 avqust.- S.3.