6-cı “Animafilm” festivalının
bilet satışları
başlayıb
Əldə olunacaq vəsait qadın rejissorlara dəstək məqsədilə
ianə ediləcək
Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı
ilə 6-10 sentyabr tarixlərində Nizami
Kino Mərkəzində keçiriləcək
6-cı “Animafilm” Beynəlxalq
Animasiya Festivalının
bilet satışları
başlayıb.
Bu barədə məlumat verən festivalın direktoru, Azərbaycan Animasiya Assosiasiyasının
sədri Rəşid Ağamalıyev bilet satışlarından əldə
olunacaq vəsaitin qadın rejissorlara dəstək məqsədilə
ianə ediləcəyini
bildirib.
Qeyd edək ki, festivala 46 ölkədən ümumilikdə
174 film daxil olub. Seçim komissiyası müsabiqə proqramı üçün 13 ölkədən
39 film qəbul edib. Filmlər 2 beynəlxalq və 2 yerli kateqoriyalar üzrə yarışacaq.
“Ən yaxşı qısametrajlı animasiya
filmi” kateqoriyası üzrə
11, “Uşaqlar üçün
ən yaxşı qısametrajlı animasiya
filmi” üzrə 10, “Ən
yaxşı Azərbaycan
qısametrajlı animasiya
filmi” üzrə 8, “Ən yaxşı Azərbaycan tələbə qısametrajlı
animasiya filmi” kateqoriyası
üzrə isə 10 film proqrama salınıb.
Xatırladaq ki, ötən il keçirilən
5-ci festival “İqlim dəyişikliyi”
mövzusuna həsr olunmuşdu və devizi “Bir bilet = bir ağac” idi. Festivalın bilet satışlarından
əldə olunan vəsait (4119 AZN = 412 ağac)
işğaldan azad olunmuş ərazilərdə
ekoloji tarazlığın
bərpası üçün
Qarabağ Dirçəliş
Fonduna ianə edilmişdi.
Mədəniyyət.- 2023.- 16 avqust.-
S.3.