Mən tək ...
“Kontrabas”da...
Şövqi Hüseynov Gənc Tamaşaçılar
Teatrını növbəti festivalda təmsil edir
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı avqustun 14-dən 20-dək
Rusiyanın Vladimir şəhərində keçirilən III
“Teatr. Birlik məkanı” beynəlxalq festivalına
qatılıb.
Teatrın mətbuat xidmətindən bildirilib ki,
festivalda Əməkdar artist Şövqi Hüseynovun iştirakı ilə “Kontrabas”
monotamaşası nümayiş olunacaq.
Alman yazıçısı Patrik Zuskindin eyniadlı
pyesi əsasında hazırlanan tamaşaya mərhum rejissor,
Xalq artisti İrina Perlova quruluş verib.
Ensiklopedik biliklərə malik qəhrəman həyatda
çox sadə mövqe sahibidir. Opera ulduzuna vurulan bu şəxs
həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə
onun səsini eşidir, məşhur ariyaları ifa edən
gözəl səsi ilə dialoqa girir. Bu zaman
özü-özü üçün qısqanclıq səhnəsi,
teatr qalmaqalı yaradır ki, bəlkə bunun nəticəsində
məşhur ulduzla ünsiyyət qurmaq imkanı oldu. Sarkazm və
yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanın
yeganə ünsiyyət vasitəsi isə kontrabasdır...
Mədəniyyət.- 2023.- 16 avqust.-
S.5.