Mədəniyyətdən diplomatiyayadək
12-18 avqust tarixlərində
Naxçıvan şəhərində
“Heydər Əliyev –
100” Diaspor Gənclərinin
IV Yay Düşərgəsi
keçirilir. Düşərgə
çərçivəsində təşkil edilən növbəti panel “Müstəqillik dövründə
Azərbaycanın xarici
siyasət prioritetləri”
mövzusuna həsr olunub.
Diasporla İş
üzrə Dövlət
Komitəsinin sədr müavini Elşad Əliyevin moderatorluğu ilə keçirilən paneldə Azərbaycanın
sabiq xarici işlər naziri, ölkəmizin Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin
İsmayılov və
Xarici İşlər
Nazirliyinin Linqvistik təminat idarəsinin rəisi Rizvan Nəbiyev iştirak ediblər.
Vilayət Quliyev
“Heydər Əliyevin mədəniyyət diplomatiyası”,
Fəxrəddin İsmayılov
“Azərbaycanın Avropa
Şurasına üzvlüyü
Ulu öndər Heydər Əliyevin siyasi mirasıdır”, Rizvan Nəbiyev isə “Postmünaqişə
dövründə yeni
geosiyasi reallıqlar” mövzularında çıxış
ediblər.
Daha sonra debat şəklində davam edən panel zamanı düşərgə iştirakçıları xarici siyasət və geopolitika ilə bağlı çoxlu suallar ünvanlayıb, peşəkar diplomatların müxtəlif məsələlərə münasibətini öyrəniblər.
Mədəniyyət.- 2023.- 16 avqust.-
S.3.