Azərbaycan-Gürcüstan: muzey sahəsində
əlaqələr genişlənir
Azərbaycan Milli İncəsənət
Muzeyi və Gürcüstan Milli Muzeyi arasında əməkdaşlıq haqqında
memorandum imzalanıb.
Muzeydən bildirilib
ki, iki ölkə
arasında mədəni
əlaqələrin inkişafına
töhfə vermək
məqsədilə imzalanan
sənəddə tərəflər
bir neçə istiqamətdə səmərəli
əməkdaşlıq əlaqələrinin
qurulması üçün
müvafiq şəraitin
yaradılması haqqında
razılığa gəliblər.
Memorandum sərgi
mübadiləsi, muzey
işi ilə bağlı konfransların,
seminarların, treninqlərin
keçirilməsi, daşınar
mədəniyyət sərvətlərinin
mühafizəsi, konservasiyası
və bərpası, elektron kataloqların yaradılması ilə bağlı təcrübə
mübadiləsi, beynəlxalq
proqramlar və layihələr çərçivəsində
əməkdaşlıq və
s. kimi məsələləri
əhatə edir.
Qeyd edək ki, aprelin 12-də Tbilisidəki Dmitri Şevardnadze adına Milli Qalereyada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Milli İncəsənət Muzeyinin və Gürcüstan Milli Qalereyasının birgə təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı rəsm sərgisi açılıb. Sərgi Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə və Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Mədəniyyət.- 2023.- 16 avqust.- S.3.