TÜRKSOY-un 30 illiyi münasibətilə
məktəblilər arasında
müsabiqələrə yekun
vurulub
Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
– TÜRKSOY bu il üzv ölkələrin
məktəbliləri arasında
inşa və rəsm müsabiqələri
keçirib. Hər iki müsabiqə
TÜRKSOY-un 30 illik yubileyinə həsr olunub.
Fevral ayında
elan olunan “Türk dünyasının
qızıl körpüsü
– TÜRKSOY” mövzusunda inşa
və “Türk dünyası uşaqların
gözü ilə” mövzusunda rəsm müsabiqələrində Azərbaycan,
Qazaxıstan, Qırğızıstan,
Özbəkistan, Türkmənistan
və Türkiyə məktəbliləri iştirak
ediblər.
Şərtlərə görə, hər ölkənin təhsil sahəsi üzrə nazirlikləri müvafiq
seçim keçirərək
hər müsabiqə
üzrə 10 məktəblinin
əl işini və 10 inşa yazısını TÜRKSOY-a göndərməli
idi. Daha sonra TÜRKSOY Katibliyində
müsabiqə işləri
dəyərləndirilib və
hər ölkə üzrə 3 qalib seçilib.
Xatırladaq ki, bir müddət
əvvəl “Türk dünyası uşaqların
gözü ilə” mövzusunda rəsm müsabiqəsinə yekun
vurulmuşdu. Azərbaycandan
Günel Rzayeva, Dürdanə Allahverdiyeva,
Aysu Nəcməddinova
qaliblər arasında
yer alıb.
Bu günlərdə
isə “Türk dünyasının qızıl
körpüsü – TÜRKSOY” mövzulu inşa müsabiqəsinin nəticələri
açıqlanıb. Qeyd
edək ki, 6 ölkənin hər birindən şagirdlər
inşaları öz ana dillərində yazıblar. Buna görə də yazıların oxunması
və qiymətləndirilməsi
müəyyən vaxt
aparıb.
Türk xalqlarının
mədəniyyətinin, adət-ənənələrinin
birliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədi daşıyan
müsabiqədə altı
ölkənin ümumtəhsil
məktəblərinin 13-15 yaşlı şagirdləri
iştirak ediblər.
Bu günlərdə
inşa müsabiqəsinin
qalibləri elan edilib. Azərbaycan məktəbliləri Nərmin
Məmmədli, Yaqut Bəyova və Fatimə Məmmədova da mükafatlara layiq görülüblər.
Qeyd edək ki, müsabiqədə mükafat olaraq 1-ci yer üçün notbuk, 2-3-cü yerlər üçün isə planşet nəzərdə tutulmuşdu.
Mədəniyyət.- 2023.- 16 avqust.- S.8.