“Zənn
elədim bəxtiyaram...”
Avqustun 16-sı XX əsr Azərbaycan fəlsəfi poeziyasının
görkəmli nümayəndəsi,
şair-dramaturq, ədəbiyyatşünas-alim,
ictimai xadim, Xalq şairi, Dövlət mükafatı
laureatı Bəxtiyar
Vahabzadənin (1925-2009) anadan
olmasının 98-ci ildönümüdür.
Qədim Şəkidə
dünyaya göz açan şair zəngin yaradıcılığı
ilə bədii fikrimizin inkişafında mühüm rol oynayıb. O, azərbaycançılıq
məfkurəsinə dərindən
bağlı olan və özünüdərkə
çağıran çoxsaylı
əsərləri ilə
ədəbiyyatımızın inkişafına töhfələr
verib. ariximizin qədim dövrlərdən
bəri müxtəlif
mərhələlərində baş vermiş taleyüklü hadisələr,
böyük şəxsiyyətlərin
parlaq simaları ədibin diqqət mərkəzində olub.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsindən
məzun olan B.Vahabzadə bu təhsil ocağının
aspiranturasında təhsilini
davam etdirib. 1951-ci ildə “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik (fəlsəfə doktoru),
1964-cü ildə isə
“Səməd Vurğunun
həyat və yaradıcılığı” mövzusunda
elmlər doktorluğu
dissertasiyalarını müdafiə
edib. 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilib, 2000-ci ildə
isə AMEA-nın həqiqi üzvü olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib.
Ədəbi aləmdə ilk olaraq “Gülüstan” poeması ilə şöhrət qazanan şair sonralar bir-birindən maraqlı şeir, poema və dram əsərləri
qələmə alıb.
Müəllifin “İkinci
səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”,
“Hara gedir bu dünya?”, “Fəryad”, “Özümüzü
kəsən qılınc”
və digər lirik-psixoloji pyesləri bir sıra teatrlarda
tamaşaya qoyulub.
Əsərləri onlarla dilə tərcümə edilib, bir sıra ölkələrdə
çap olunub.
İstiqlal ideyalarının yorulmaz və bənzərsiz tərənnümçüsü olan şair 13 fevral 2009-cu ildə vəfat edib.
Mədəniyyət.- 2023.- 16 avqust.-
S.1.