Uşaq İncəsənət
Festivalının finalına
sayılı günlər
qalır...
Müvafiq nominasiyalar üzrə iştirakçılar
yekun mərhələyə
keçmələri barədə
məlumatı festivalın
saytında öyrənə
bilərlər
Müstəqillik tariximizin ən böyük incəsənət
layihələrindən olan
Uşaq İncəsənət
Festivalının final
mərhələsinə sayılı
günlər qalır.
Ümummilli lider
Heydər Əliyevin
100 illik yubileyi münasibətilə Mədəniyyət
Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi festival “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilir.
Qeyd edək
ki, 21 nominasiyada üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festival üç turdan ibarətdir.
Festivala respublikamızın
bütün rayon və şəhərlərindən
27 minədək müraciət
olub. Peşəkar və həvəskar kateqoriyaları üzrə
keçirilən festivalın
birinci mərhələsi
aprel-iyun, II mərhələsi
isə iyul-avqust aylarını əhatə
edir.
İkinci – regional
mərhələdə iştirak
edənlər final mərhələsinə keçmələri,
o cümlədən festivalda
iştirakın müəyyən
edilən vaxtı və məkanı haqqında məlumatları
www.uif.az internet portalından
ala bilərlər. Bunun üçün festivalın saytında
“Final mərhələsi” bölməsinə
keçid edərək
iştirakçının qeydiyyat kodunu və ya şəxsiyyət
vəsiqəsinin FİN nömrəsini
yazmaq lazımdır.
Müsabiqənin final mərhələsi sentyabr ayında Bakı şəhərində
keçiriləcək.
Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi hüququ qazanacaq.
Mədəniyyət.- 2023.- 16 avqust.-
S.1.