Milli Qəhrəmanın yubileyinə həsr olunmuş tədbir

 

 

Azərbaycanın Milli Qəhrəmanı, I Qarabağ müharibəsi şəhidi Aslan Atakişiyevin (1953-1992) anadan olmasının 70-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir Sumqayıt şəhərində müvəqqəti yerləşən Vasili Əliyev (Milli Qəhrəmanred.) adına Qubadlı rayon Mədəniyyət evi Mahmudlu kənd Mədəniyyət evi tərəfindən təşkil edilib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aslan Atakişiyev haqqında videoçarx nümayiş olunub.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov çıxış edib. Qeyd olunub ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər şəhid olub. Onlardan 11 nəfəriAzərbaycanın Milli Qəhrəmanıadına layiq görülüb.

Mədəniyyət evlərinin kollektivləri tərəfindən kompozisiya təqdim olunub, şeirlər söylənilib, musiqi nömrələri səsləndirilib.

Aslan Qabil oğlu Atakişiyev 1953-cü il avqustun 16-da Qubadlı rayonunun Muradxanlı kəndində anadan olub. 1992-ci il avqustun 7-də Laçın rayonunda qəhrəmancasına şəhid olub, Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli sərəncamı ilə A.Atakişiyevə ölümündən sonraAzərbaycanın Milli Qəhrəmanıadı verilib.

Hazırda Qubadlı rayon Muradxanlı kənd tam orta məktəbi şəhidin adını daşıyır. Bakı Sumqayıt şəhərlərində adına küçələr var.

 

Mədəniyyət.- 2023.- 23 avqust.- S.4.