Şəhidlər unudulmur
Masallı rayon
Mərkəzi Kitabxanasında
Vətən müharibəsinin
şəhid giziri İntiqam Əsgərlinin
doğum günü ilə əlaqədar “Şəhidlər unudulmur”
mövzusunda tədbir
keçirilib. Əvvəlcə
Ulu öndər Heydər Əliyevin və şəhidlərin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlarda şəhid qəhrəmanın
həyatı və döyüş yolu haqqında məlumat verilib. Qeyd olunub
ki, 1990-cı il avqustun 16-da Masallı rayonunun Viləş kəndində dünyaya göz açan İntiqam Əsgərli Vətən müharibəsində
Şuşanın azadlığı
uğrunda gedən döyüşlərdə vuruşub
və noyabrın 9-da qəhrəmancasına şəhid
olub. Ölkə başçısının müvafiq
sərəncamlarına əsasən,
ölümündən sonra
“Vətən Müharibəsi
Qəhrəmanı” adına,
“Vətən uğrunda”,
“Cəsur döyüşçü”,
Şuşa, Xocavənd
və Kəlbəcərin
azad olunmasına görə medalları ilə təltif olunub. Masallı şəhərinin küçələrindən
biri İntiqam Əsgərlinin adını
daşıyır.
***
Yevlaxda 44 günlük
Vətən müharibəsinin
şəhid baş leytenantı Ceyhun Əyyubovun doğum günü münasibətilə
xatirəsi anılıb.
Əvvəlcə tədbir iştirakçıları
Yevlax şəhərindəki
Şəhidlər xiyabanına
gələrək Ceyhun
Əyyubovun məzarını
ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra şəhidin yaşadığı evdə
onun həyat və döyüş yolunu əks etdirən fotoların və müxtəlif məlumatların yer aldığı muzeyin açılışı olub.
Yevlax şəhər
4 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərlik
mövzusunda şeirlər
söyləyib, ədəbi-bədii
kompozisiya nümayiş
etdiriblər.
Bildirilib ki,
Ceyhun Əyyubov Vətən müharibəsi
zamanı Murovdağ istiqamətində gedən
döyüşlərdə şəhidlik zirvəsinə
yüksəlib. Ölkə
başçısının müvafiq sərəncamlarına
əsasən, ölümündən
sonra 3-cü dərəcəli
“Rəşadət” ordeni,
“Vətən uğrunda”,
“İgidliyə görə”
və “Kəlbəcərin
azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhidin adı yaşadığı
küçəyə verilib.
***
Balakən rayon
MKS-nin Yeni Şərif kənd kitabxana filialı və kənd Sənətkarlıq evinin
əməkdaşları Vətən
müharibəsi şəhidi
Nəcməddin Sarkayevin
ailəsini və məzarını ziyarət
ediblər.
Bildirək ki, Nəcməddin Əli oğlu Sarkayev 1999-cu il oktyabrın 9-da Balakən rayonunun Şərif kəndində anadan olub. 44 günlük Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 5-də Ağdərə döyüşləri zamanı şəhid olub. Ölkə başçısının müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Mədəniyyət.-
2023.- 23 avqust.- S.4.