Davamlı inkişafın əsasını qoyan lider

 

Heydər Əliyev İlimünasibətilə bölgələrdə müxtəlif səpkili tədbirlər keçirilir, Ulu öndərin Azərbaycan dövləti xalqı qarşısında misilsiz xidmətləri minnətdarlıqla yada salınır.

Qax rayon Heydər Əliyev MərkəzindəHeydər Əliyevin fəaliyyət illəriadlı tədbir təşkil edilib. Əvvəlcə Ulu öndərin şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra dahi siyasətçinin həyatı, xalqımız üçün göstərdiyi xidmətlər haqqında məruzələr dinlənilib, sənədli film nümayiş etdirilib.

***

Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı iləHeydər Əliyevin həyata keçirdiyi davamlı inkişaf siyasətiadlı tədbir gerçəkləşib. Tədbirdə Ümummilli liderin həyat siyasi fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.

***

Astara Tarix-Diyarşünaslıq MuzeyindəHeydər Əliyev Azərbaycan gəncliyimövzusunda tədbir keçirilib. Çıxışlarda Heydər Əliyevin ölkəmizdə gənclər siyasətinin əsasını qoymasından, gənclərə daim xüsusi diqqət qayğı göstərməsindən bəhs edilib. Qeyd olunub ki, Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilir.

Yardımlı rayon Heydər Əliyev MərkəzindəHeydər Əliyevin dövlət-din siyasəti: multikulturalizm tolerantlıq ənənələrimövzusunda tədbir təşkil edilib. Qeyd olunub ki, Heydər Əliyev tolerantlıq siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edib. Ulu öndər Azərbaycanda yaşayan qeyri-müsəlman icmalarına qarşı həmişə hörmət ehtiram göstərib, adət-ənənələrinə qayğı ilə yanaşıb.

***

Naftalan şəhər Heydər Əliyev MərkəzindəMən fəxr edirəm ki, azərbaycanlıyamadlı yay düşərgəsi təşkil olunub. Əvvəlcə iştirakçılar Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat siyasi fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən eksponatlarla tanış olublar. İştirakçılar arasında intellektual yarış keçirilib.

 

 

Mədəniyyət.- 2023.- 23 avqust.- S.4.