“Qəbahətli
zövq”
“Artım”
məkanında qrup sərgisi davam edir
YARAT Müasir İncəsənət Məkanının
təşkilatçılığı ilə “Artım” layihə məkanında açılan Azərbaycanın
gənc rəssamlarının
“Guilty pleasure” (“Qəbahətli zövq”) adlı qrup sərgisi davam edir.
“Guilty
pleasure” sosial termindir və cüzi günahkarlıq hissi doğuran həzzverici duyğuya verilən addır. Sərgi “kitç” (yəni, bayağılıq, zövqsüzlük),
orijinallığın təqlidi
və konsümerizm mədəniyyəti vasitəsilə
daim inkişaf edən populyar estetikanı araşdırır,
“ənənəvi zövq”
və “orijinallıq” anlayışlarını şübhə
altına qoyur.
İfrat
dərəcədə istehlak
və kütləvi istehsal dövründə yüksək dəyərlər
və kitç arasındakı ənənəvi
sərhədlər silinir.
Sərgi səthi amilləri qabardaraq “şişirdilmiş sentimentallıq”,
“ani emosional məmnunluq”
və “səysiz istehlak” anlayışlarını
ironik tərzdə önə çıxarır.
“Guilty
pleasure” təsbit edilmiş
dəyər və estetik normalara qarşı incə bir istehza olmaqla
yanaşı, seyrçiləri
“o qədər pisdir
ki, yaxşıdır” paradoksunu
götür-qoy etməyə
dəvət edir. Məqsəd estetika vasitəsilə sosial kontekstdə fərdi identiklik, həyat tərzi, adət-ənənələr,
“pop” mədəniyyəti və
dəyər sistemləri
arasındakı mürəkkəb
əlaqələri qarşı-qarşıya
qoymaq, həmçinin
seyrçiləri eyni
anda güldürmək,
eləcə də qıcıqlandırmaqla şıltaq,
ekssentrik, şən olmağa sövq etməkdir.
Qeyd edək ki, sərgi sentyabrın 3-dək ziyarətçilər
üçün açıqdır.
Mədəniyyət.-
2023.- 23 avqust.- S.5.