Pianoçu Riad Məmmədovun
Moskvada növbəti konserti
Rusiyada yaşayan
azərbaycanlı pianoçu
və bəstəkar Riad Məmmədov “Live at The Pushkin Museum” albomunun işıq üzü görməsi münasibətilə Moskvada
xüsusi konsert proqramı ilə çıxış edib.
Konsert “Muzeon” parkında təşkil olunub.
“For All We Know” (“Bildiyimiz qədər”) adlı konsert proqramında musiqiçinin
həm pianoçu, həm bəstəkar kimi axtarışları, eləcə də müxtəlif əsrlərin
klassik bəstələrinin
günümüzün musiqisində,
o cümlədən kinofilmlər
üçün musiqidə
öz əksini necə tapması barədə düşüncələri
ifadə olunub.
Konsert proqramına
Yohann Sebastian Bax, Vaqif Mustafazadə,
Con Kuts, Mişel Petruççiani
və digər bəstəkarların əsərləri
daxil edilib.
Riad Məmmədov konsertin birinci hissəsində Baxın əsərlərini öz improvizələri ilə təqdim edib. Daha sonra proqram caz standartlarının ifası ilə davam edib. Caz standartları, muğam, eləcə də Riad Məmmədovun öz pyesləri bir daha nümayiş etdirib ki, musiqi müxtəlif ola bilər, lakin o, həmişə insanları birləşdirir.
Mədəniyyət.- 2023.- 23 avqust.- S.3.