Kinomuzdan bir Şahmar
keçdi...
Avqustun 23-də görkəmli kinoaktyor və rejissor, Xalq artisti Şahmar
Ələkbərovun (1943-1992) anadan olmasının 80-ci ildönümü tamam olur.
Onlarla filmdə
yaratdığı bir-birindən
maraqlı obrazlarla, rejissor kimi lentə
aldığı ekran
əsərləri ilə
kinosevərlərin yaddaşında
silinməz iz qoyan Şahmar Ələkbərov 1943-cü ildə
anadan olub. İncəsənət İnstitutunun
Aktyorluq fakültəsinə
qəbul olunan Ş.Ələkbərov burada
Xalq artisti Rza Təhmasibin kursunda sənətin sirlərinə yiyələnib.
Aktyor kimi
kinorejissor Kamil Rüstəmbəyovun 1967-ci ildə
lentə aldığı
“Dağlarda döyüş”
filmindəki Fərrux
obrazı ilə uğurlu debüt edib. “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”,
“Həyat bizi sınayır”, “Skripkanın
sərgüzəşti”, “Qatır
Məmməd”, “Arxadan
vurulan zərbə” – ümumilikdə otuza yaxın filmdə aktyor məharətini göstərib. Həmçinin
bir çox ekran əsərinin dublyajında iştirak edib, bənzərsiz səsi ilə məşhur kino qəhrəmanlarını tamaşaçılara
sevdirib.
Bacarıq və
istedadını rejissorluq
sahəsində də
sınayıb. İlk
olaraq rejissor Gülbəniz Əzimzadə
ilə birgə Anarın “Şəhərin
yay günləri” pyesi əsasında “İmtahan” bədii televiziya filminə quruluş verib. Müstəqil olaraq “Sahilsiz gecə” və “Qəzəlxan” bədii filmlərini çəkib. “Yük” bədii filminin ssenari müəllifidir.
Milli kino salnaməmizə öz möhürünü vuran Şahmar Ələkbərov 1992-ci ilin 12 avqust tarixində, 49 yaşında vəfat edib.
Mədəniyyət.- 2023.- 23 avqust.- S.1.