Milli təsviri sənətin böyük təəssübkeşi

 

  Kazım Kazımzadə-110

 

Təsviri sənət tariximizdə geniş yaradıcılıq fəaliyyəti ilə tanınan sənətkarlarımızdan biri Xalq rəssamı Kazım Kazımzadədir. O, yaradıcılığı boyu milli adət-ənənələrə, etnoqrafiya geyim tariximizə ürəkdən bağlanıb. Teatr tamaşalarına filmlərə maraqlı geyim eskizləri çəkib. Təsadüfi deyil ki, “Atları yəhərləyinbədii filminin geyim eskizlərinə görə respublika Dövlət mükafatına layiq görülüb. Bu il sənətkarın anadan olmasının 110 illiyidir.

Kazım Məmmədəli oğlu Kazımzadə 10 avqust 1913-cü ildə Bakıda dünyaya göz açıb. Pedaqoji Texnikumu müvəffəqiyyətlə başa vurduqdan sonra təyinatla Dəvəçi rayonuna (indiki Şabran) göndərilir. Orada bir müddət müəllim işləyir...

Rəssamlığa erkən çağlardan maraq göstərmişdi. Tələbə ikən müəllimləri onun rəssamlıq istedadını görmüş bu sahə üzrə təhsil almasını tövsiyə etmişdilər. Odur ki, 1936-cı ildə Bakıda Rəssamlıq Texnikumuna daxil olur. Sonra İ.Y.Repin adına Sankt-Peterburq Boyakarlıq, Heykəltaraşlıq Memarlıq İnstitutunda təhsil alır.

Onu da qeyd edək ki, görkəmli sənətkarın həyat yolları hamar olmayıb. 1941-ci ildə müharibə başlayanda o da orduya çağırılır. Bir il sonra hərbi qulluqdan tərxis olunur. Bakıya qayıdır Azərbaycan Dövlət İncəsənət Muzeyinin (indiki Milli İncəsənət Muzeyi) direktoru təyin edilir. Bu aradaCəbhə yollarındasilsiləsindən müharibənin fəlakətlərini göstərən rəsm əsərləri yaradır.

Sənətkar əsasən kitab illüstrasiyası dəzgah qrafikası sahəsində çalışıb. Ayrı-ayrı bədii əsərlərə çəkdiyi illüstrasiyalar, kitablara verdiyi bədii tərtibat mütəxəssislər tərəfindən rəğbətlə qarşılanıb. Bu sırada Nizami Gəncəvininİsgəndərnamə”, “Sirlər xəzinəsi”, “Leyli Məcnun”, “Xosrov Şirinpoemalarına, eləcə uşaqlar üçün işlənmişFitnə”, “Sehrli üzük”, “İsgəndər çobankitablarına çəkdiyi illüstrasiyaları xüsusi qeyd edə bilərik.

Araşdırmalardan məlum olur ki, o, Azərbaycan folkloruna klassik ədəbiyyatına yaxşı bələd olub. Yaradıcılıq fəaliyyəti dövründəKitabi-Dədə Qorqudeposuna, Şah İsmayıl Xətai, Mirzə Şəfi Vazeh başqa klassiklərin əsərlərinə müraciət edib.

Kazım Kazımzadənin çəkdiyi əsərlər keçmiş SSRİ-nin müxtəlif şəhərlərində, habelə xarici ölkələrdə keçirilən sərgilərdə uğurla nümayiş etdirilib. Onun eskizləri əsasında həm gözəl xalçalar toxunub.

Sənət sahəsində uğurlarına görə 1943-cü ildə respublikanınƏməkdar incəsənət xadimi”, 1964-cü ildə isəXalq rəssamıfəxri adlarına layiq görülən Kazım Kazımzadənin ömrünün əlli ili Azərbaycan Dövlət İncəsənət Muzeyi ilə bağlı olub. Onun rəhbərliyi dövründə muzeyin fondları dəyərli sənət əsərləri ilə zənginləşir, bu nümunələr Azərbaycanla yanaşı, müxtəlif ölkələrdə təqdim olunur.

Rəssam həm dünya miqyasında tanınan muzey mütəxəssisi kimi təsviri sənətimizin təbliği sahəsində uğurla fəaliyyət göstərib. Uzun illər Beynəlxalq Muzeylər Şurası (ICOM) SSRİ Komitəsinin üzvü olub. 1992-ci ildə isə, vəfatından az öncə yenicə təsis edilən ICOM Azərbaycan Milli Komitəsinin üzvü seçilmişdi.

Muzey işi vaxtının çox hissəsini alsa da, yaradıcılığa imkan tapırdı. Bakıda Səməd Vurğun Üzeyir Hacıbəylinin ev-muzeylərinin, Qazaxda Vurğun Poeziya evinin, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin ilk bədii tərtibatını o vermişdi. Tarixi-inqilabi mövzuda silsilə rəsmlər (“Bakıda inqilabi-tarixi hadisələr”, “416-cı diviziya döyüşdə”, “Azad Kubada”, “İraq lövhələri s.) yaradır. Kinofilmlərə, dram opera tamaşalarına, o cümlədən Üzeyir HacıbəylininLeyli Məcnun”, “Koroğluoperalarına geyim eskizləri hazırlayır. RəssamKirpijurnalı ilə fəal əməkdaşlıq edib, satirik illüstrasiyaları böyük maraqla qarşılanıb

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Bakı Şəhər Partiya Komitəsinin binası Dövlət İncəsənət Muzeyinə verilir. K.Kazımzadənin rəhbərliyi ilə qısa müddətdə muzeyin yeni ekspozisiya bölmələri təşkil edilir. Fond xidmət otaqlarının sayı artırılır. Uzun illər saxlanclarda qalan qiymətli sənət əsərlərinin geniş tamaşaçı kütləsinə çatdırılmasına şərait yaradılır.

K.Kazımzadə respublikada sənətşünas muzey üzrə mütəxəssislərin yetişdirilməsinə mühüm töhfələr verib.

Sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev rəssamın 80 illik yubileyi münasibətilə nəşr olunanSənətkar ömrükitabında yazır: “Bu gün İncəsənət Muzeyinin divarlarında Kazım müəllimin nəfəsi, hər eksponatda əllərinin hərarəti, sənət yanğısı duyulmaqdadır. Sənət fədaisinin doğma evindən artıq sevdiyi, ömrünün ən gözəl günlərini bəxş etdiyi muzey ölməz sənətkarın ənənələrini qoruyub saxlamalıdır...”.

Xalq rəssamı, Dövlət mükafatı laureatı fədakar muzey mütəxəssisi Kazım Kazımzadə 4 oktyabr 1992-ci ildə, 79 yaşında vəfat edib.

 

S.Fərəcov

Mədəniyyət.- 2023.- 23 avqust.- S.7.