Maestronun mənzil-muzeyində anım tədbiri
Azərbaycanın və keçmiş
SSRİ-nin Xalq artisti, Dövlət mükafatları laureatı
Niyazinin anadan olmasının 111-ci ildönümü
maestronun mənzil-muzeyində
də qeyd edilib.
Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi
Alla Bayramova sənətkarın həyat
və yaradıcılığı
haqqında söz açıb. Vurğulayıb
ki, milli dirijorluq məktəbinin formalaşması və az vaxtda böyük
inkişaf yolu keçməsi Niyazinin adı ilə bağlıdır. Maestro Azərbaycan
bəstəkarlarının əsərlərinin təbliğində,
beynəlxalq aləmdə
şöhrət qazanmasında
müstəsna xidmətlər
göstərib. Həmçinin
bəstəkar kimi musiqi sənətimizə dəyərli töhfələr
verib. Niyazinin “Xosrov və Şirin” operası, “Rast” simfonik muğamı, “Çitra” baleti və digər əsərləri
musiqi xəzinəmizin
inciləridir.
Mərasimdə Ulu öndər Heydər Əliyevin maestro Niyazinin 90 illik yubileyindəki çıxışından videoyazı
nümayiş olunub.
Tədbir Musiqi
Akademiyasının professoru,
Xalq artisti, pianoçu Ülviyyə Hacıbəyova, Sevinc İbrahimova (vokal), Mircəfər Mövsümzadə
(tar), beynəlxalq müsabiqələr laureatı
Nəriman Əmiraslanovun
(fortepiano) ifalarında
konsert proqramı ilə davam edib.
Maestronun qohumu
Sahib Qədimov tədbirin təşkilində
əməyi keçən
hər kəsə təşəkkür edib.
***
Niyazinin anadan olmasının 111-ci ildönümündə Mədəniyyət Nazirliyinin nümayəndələri, muzey əməkdaşları, mədəniyyət xadimləri sənətkarın Fəxri xiyabandakı məzarını ziyarət ediblər.
Mədəniyyət.-
2023.- 23 avqust.- S.5.