Dövlət Nəfəs Alətləri Orkestri beynəlxalq festivalda çıxış edib

 

17-19 avqust tarixlərində Rusiyanın Yekaterinburq şəhərində IX Beynəlxalq Nəfəs Alətləri Orkestrləri Festivalı keçirilib. Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festival (təşkilatçıRusiyanın Əməkdar incəsənət xadimi, “Ural-Band” orkestrinin rəhbəri Aleksandr Pavlov) Yekaterinburq şəhərinin 300 illiyinə həsr olunub.

Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri festivalda ölkəmizi təmsil edib. Bədii rəhbər-direktor Əməkdar incəsənət xadimi Əlibala Rzayevin başçılığı ilə 36 nəfərlik heyət Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə festivala qatılıb.

Eyni zamanda Əməkdar artist Aqil Cəfərovun rəhbərliyi ilə Rusiyanın Krasnoyarsk vilayətində fəaliyyət göstərənOdlar yurduAzərbaycan xalq mahnı rəqs ansamblı da festivalda orkestrlə birgə çıxış edib.

Rusiyanın müxtəlif regionlarından Azərbaycandan ümumilikdə 9 kollektivin qatıldığı festivalda rəngarəng proqram təqdim olunub.

Azərbaycan kollektivi ilk günKosmoskinoteatrında festivalın açılış konsertində səhnəyə çıxıb.

Əlibala Rzayevin dirijorluğu ilə aranjimanı özünə aid olan Azərbaycan bəstəkarlarının əsərlərindən ibarətFantaziyamaraqla qarşılanıb. “Odlar yurduxalq rəqs ansamblı Dövlət Nəfəs Alətləri Orkestrinin solisti, beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə Üzeyir HacıbəylininCəngi”, Rauf HacıyevinBu bağlar”, Polad BülbüloğlununŞən Azərbaycan”, Müslüm MaqomayevinAzərbaycanəsərlərini ifa ediblər.

Festivalın ikinci günü orkestr V.V.Mayakovski adına Mərkəzi mədəniyyət istirahət parkının yay teatrında konsert proqramı ilə çıxış edib. Ü.HacıbəylininKoroğluoperasından Arşın mal alanmusiqili komediyasından uvertüralar, “Cəngi”, P.BülbüloğlununŞən Azərbaycan”, M.MaqomayevinAzərbaycanMavi əbədiyyət s. əsərlər səsləndirilib. Musiqi rəqs nömrələri böyük alqışlarla qarşılanıb.

Festivalın üçüncü günü 8 mindən çox tamaşaçının iştirak etdiyi, Yekaterinburqun 300 illiyinə həsr olunmuş paradda Azərbaycan orkestri iştirak edib. Şəhərin əsas küçəsində yürüşdə kollektivimiz Azərbaycan bəstəkarlarının marş janrlı əsərlərini ifa edib.

Daha sonra Yekaterinburqun tarixi meydanında qurulan səhnədə festivalın qala-konserti keçirilib. Orkestrimiz rəqs ansamblı ilə Ü.HacıbəylininCəngiəsərini ifa edib. Festivala qatılmış bütün orkestrlər birgə Rusiya Milli Musiqi Muzeyinin baş direktoru Mixail Brızqalovun dirijorluğu ilə Vasili AqapkininSlavyan qızın vidasımarşını səsləndirib.

Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin daha bir konserti şəhərin böyük ticarət mərkəzlərindən birinin qarşısında qurulan səhnədə gerçəkləşib. Burada Azərbaycan bəstəkarlarının əsərləri böyük maraqla qarşılanıb. Sonda orkestr festivalın təşkilat komitəsinin diplomu ilə təltif olunub.

Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri nümunəvi çıxışları ilə mədəniyyətimizin yüksək səviyyədə təqdimatına nail olub. Ölkəmizin Yekaterinburqdakı Baş konsulluğunun əməkdaşları da festival tədbirlərində yaxından iştirak ediblər.

 

Mədəniyyət.- 2023.- 23 avqust.- S.1;2.