Mədəniyyətimizin böyük hamisi
İllərin xronikasından
Ümummilli lider
Heydər Əliyev böyük siyasətdə
olduğu bir qərinədən artıq
dövrdə, doğma
xalqının taleyində
tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli
incəsənətin, ədəbiyyatın
inkişafı, respublikada
mədəni-maarif işinin
qabaqcıl səviyyədə
təşkili sahəsində
də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin
mədəniyyətə diqqət
və qayğısı
onun dövlət xadimi kimi fəaliyyətinin
bütün mərhələlərində
– sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə, Moskvada,
SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana
onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı
səhifələrlə yazılıb.
O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük
hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları
“Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim
edirik...
(əvvəli ötən sayımızda)
1995-ci il
14 may
Prezident
Heydər Əliyev “Gülüstan” Sarayında
görkəmli yazıçı
və kinodramaturq, Əməkdar incəsənət
xadimi Maqsud İbrahimbəyovun 60 illiyinə
həsr olunmuş yubiley gecəsində nitq söyləyib.
“... Mən Maqsud İbrahimbəyovu rəsmi
təbrik etmişəm
və onun respublikamızın yüksək
mükafatı olan “Şöhrət” ordeni ilə təltif olunması haqqında fərman imzalamışam...
Bu, təkcə Maqsudun
yubileyi deyil, Azərbaycan mədəniyyətinin,
ədəbiyyatının həyatında
əlamətdar gündür...
Ədəbiyyatımızın, incəsənətimizin,
mədəniyyətimizin ən
böyük və fərqləndirici xüsusiyyətlərindən
biri də odur ki, zaman-zaman istedadlı
insanlar yeni yollar, yeni cığırlar açırlar.
Məhz bunlardan biri də Maqsud
İbrahimbəyovdur...
Mən bu gün onun
yaradıcılığına təhlil vermək istəmirəm. Ancaq onun əsərləri bizim həyatımızı,
reallığımızı, yaşadığımız dövrü
həqiqi əks etdirən əsərlərdir.
Maqsud İbrahimbəyovun
və onunla bərabər Rüstəm
İbrahimbəyovun ictimaiyyətə
tanınması dövrü,
onların ədəbiyyatda,
mədəniyyətimizdə ilk addımları mənim yaxşı xatirimdədir...
Onlar Azərbaycanın
mədəniyyətində, incəsənətində, ədəbiyyatında
öz görkəmli yerlərini tutublar, yaşadığımız dövr,
o zamanlar və bu gün, gələcək
üçün çox
dəyərli əsərlər
yaradıblar...
Maqsudun yaradıcılığının xüsusiyyəti bir də ondan ibarətdir
ki, o, əsərlərini rus
dilində yazır. Bizim içərimizdə
elə adamlar var ki, bəzən deyirlər, əgər bu rus dilində yazırsa, Azərbaycan yazıçısı deyil.
Şübhəsiz ki, bu,
yanlış fikirlərdir.
Əgər biz bununla razı olsaq, gərək deyək ki, Nizami Gəncəvi də Azərbaycan şairi deyil... Biz böyük şairimiz Məhəmməd Füzulinin
500 illiyini qeyd edirik. Onun türk
dilində, yəni Azərbaycan dilində də yazdığı əsərlər çoxdur.
Ancaq eyni zamanda fars, ərəb
dillərində də
çox yazıbdır.
Mən hesab edirəm ki, qanı ilə, canı ilə, ruhu ilə, qəlbi ilə azərbaycanlı olub, başqa dildə əsər yazıb Azərbaycanı başqa dilli adamlara yazdıqları ilə tanıtdırmağın
özü də bir nailiyyətdir, böyük bir xüsusiyyətdir.
... Burada bir çıxışda
dedilər “bakılı”,
“bakinets”. Maqsud əsərlərinin əksəriyyətini
Bakı şəhərinin
həyatının təsvirinə
həsr edibdir... Təkcə Bakıda anadan olanlar, əsli-kökü buradan olanlar deyil, hamı bakılıdır.
Bakı elə bir şəhərdir ki, Azərbaycanda yaxşı
nə varsa, hamısını özünə
çəkmişdir. Ona görə
də “bakılı” sözünü məhz bu mənada başa düşmək lazımdır. Bunu təhrif etməyə, ondan cəmiyyətimizdə
hansısa bir təbəqələşmə yaratmaq üçün istifadə etməyə yol vermək olmaz...
Ona görə də biz azərbaycanlıyıq... Mədəniyyətimizin,
incəsənətimizin, ədəbiyyatımızın
yaratdığı mənəvi
dəyərlər əsasında
hamımız birləşərək
tutduğumuz uzun, böyük yolu müvəffəqiyyətlə gedə bilərik. Yolumuz ağırdır, çətindir. Amma inanıram
ki, müstəqil Azərbaycanın
böyük gələcəyi
var...”.
1995-ci il
18 may
Prezident
Heydər Əliyev Azərbaycan Bəstəkarlar
İttifaqının sədri
Xalq artisti Tofiq Quliyevi qəbul edib.
1995-ci il
21 may
Heydər
Əliyev Azərbaycanın
və keçmiş
SSRİ-nin Xalq rəssamı Tahir Salahovu qəbul edib.
1995-ci il
3 iyun
Prezident
Heydər Əliyev Azərbaycan Milli Kitabxanasında
“Vətənə, dövlətə,
xalqa sədaqət andı” miniatür kitabının təqdimat
mərasimində çıxış
edib.
“... Kitabxana xalq, millət üçün,
cəmiyyət üçün
müqəddəs bir
yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə
də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini
nümayiş etdirən
amillərdən biridir.
Mən vaxtilə bu kitabxanaya dəfələrlə gəlmişəm...
Kitabxanaya, burada çalışan insanlara
hörmət və ehtiramımı bildirmək
istəyirəm. Bugünkü
hadisə çox əlamətdardır. Burada
Azərbaycanın miniatür
kitablarının sərgisi
keçirilir... Azərbaycanda
kitab çapının tarixi
böyükdür. Keçmiş
dövrlərdə məzmununa
və formasına görə müxtəlif,
çox maraqlı nəfis kitablar buraxılmışdır... Ancaq
Azərbaycanda miniatür
kitab nəşrinin tarixi
çox qısadır.
Bu gün biz yazıçılarımızın,
şairlərimizin kitablarının
miniatür nəşrini
görürük. Şübhəsiz
ki, bu, mədəniyyətimiz,
kitab nəşrimiz üçün
çox əlamətdar
hadisədir... Burada mənim prezident vəzifəsinə başlayarkən
andiçmə mərasimində
nitqimin də miniatür nəşri nümayiş etdirilir... Bu
işin təşəbbüsçülərinə
– ilk növbədə “Kitab” Cəmiyyətinə və
onun rəhbəri Zərifə xanım Salahovaya təşəkkür
edirəm...
Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində,
ümumiyyətlə, mənəvi,
ictimai həyatında
çox görkəmli
yer tutur. Hər birimiz ilk növbədə kitab vasitəsilə
təhsil, elm almışıq,
həyatda yaşamağa,
fəaliyyət göstərməyə
hazırlaşmışıq. Həm kitabları yazıb-yaratmaq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən
biridir... Doğrudur, indiki ağır sosial-iqtisadi böhran dövründə... nəşriyyat
işi də çox çətinliklərlə
qarşılaşır... İndi, bazar iqtisadiyyatı yolu ilə getdiyimiz bir vaxtda, kiçik
də olsa, özəl bölmənin
meydana çıxdığı
bir vaxtda biz onun imkanlarını nəşriyyat işinin canlandırılmasına da yönəltməliyik.
Bu sahədə başqa
ölkələrdə yaxşı
təcrübə var... Dövlət
də bütün imkanlardan istifadə edəcəkdir...
Mən indi kitabxanaya xeyli kitab bağışladım.
Güman edirəm ki, bunlar fondda öz
yerini tutacaqdır... Zənnimcə, gələcəkdə
bu təşəbbüs
də davam edə bilər... Bilirəm, bizim bu kitabxananın çox böyük fondu
var. Kitabxananın direktoru
bu barədə məlumat verdi. Ancaq kitabxana elə bir yerdir
ki, gərək daim onun fondu genişlənsin...
Azərbaycanın bütün
ictimaiyyətini bu xeyirxah işə dəvət edirəm...”.
Hazırladı: Vüqar Orxan
(davamı var)
Mədəniyyət.- 2023.- 23 avqust.- S.5.