Ustad aşıqların yubileyləri qeyd olunub
Tovuz Rayon
İcra Hakimiyyəti,
Qazax-Tovuz Regional Mədəniyyət
İdarəsi, Azərbaycan
Aşıqlar Birliyi
(AAB) və Tovuz Xeyriyyə Cəmiyyətinin
təşkilatçılığı ilə ustad aşıqlar, Əməkdar
mədəniyyət işçiləri Əkbər
Cəfərovun (1933-1990) 90, Əlixan Niftəliyevin
(1943-2022) 80 illiyinə həsr
olunmuş “Sənətə
bağlı ömür”
adlı yubiley tədbiri keçirilib.
Tovuz rayon
Nizami adına Mədəniyyət evində
reallaşan tədbirdə
çıxış edən
AAB sədri Əməkdar
elm xadimi, professor Məhərrəm
Qasımlı hər iki ustadın bənzərsiz sənətkarlıq
xüsusiyyətlərindən söz açıb. Deyib ki, bu
iki sənətkar Azərbaycan aşıq sənətini təkcə
Tovuz və ölkə miqyasında deyil, bütövlükdə
Türk dünyasında
ləyaqətlə təmsil
ediblər: “Əkbər
Cəfərov Mirzə
Bayramov və Əsəd Rzayev kimi böyük ustadların sənət ənənəsini davam etdirib. Əlixan Niftəliyev də Azərbaycan aşıqlığını
hər yerdə ləyaqətlə təmsil
edib”.
Tovuz Rayon
İcra Hakimiyyətinin
başçısı Məmməd
Məmmədov son zamanlar ölkəmizdə
aşıq sənətinə
göstərilən qayğı
və diqqətdən
danışıb. Bildirib
ki, Prezident İlham Əliyevin sərəncamı ilə
Tovuz rayonunda aşıq sənəti muzeyinin yaradılması bu diqqətin təzahürüdür.
Milli Məclisin
deputatı Arzu Nağıyev, Əməkdar
elm xadimi, professor Qəzənfər
Paşayev, Tovuz Xeyriyyə Cəmiyyətinin
sədri Musa Süleymanov və başqaları çıxış
edərək saz-söz
sənətkarları Ə.Cəfərov
və Ə.Niftəliyevin
Azərbaycan aşıq
sənətinə verdikləri
töhfələrdən danışıblar.
Yubiley tədbiri
aşıqların ifaları
ilə davam edib.
Sonda rəssam Fərman Hüseynov aşıq Əkbər Cəfərovun portretini onun ailəsinə bağışlayıb.
Mədəniyyət.-
2023.- 30 avqust.- S.4.