Ölkəmizdəki multikulturalizm tolerantlıq haqqında film çəkilir

 

 

Azərbaycanda əsrlərdir mövcud olan multikulturalizm tolerantlıq mühitini əks etdirən qısametrajlı film çəkilir.

Film Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanır.

Filmin çəkilişləri ilə əlaqədar ölkəmizdə fəaliyyət göstərən qeyri-müsəlman dini icmalarının üzvləri Qubaya səfər ediblər.

Komitənin sədr müavini Səyavuş Heydərov məlumat verib ki, “Müasir çağırışlar: dinlərarası birgəyaşayışmövzusunda lentə alınacaq film Azərbaycanı müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma dialoq şəraitində yaşadığı diyar kimi tanıtmaq məqsədi daşıyır. Filmin ingilis dilində dublyaj olunaraq xarici ölkələrdə təqdim edilməsi nəzərdə tutulur.

Çəkilişlər Qubadakı Cümə məscidində dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədəki Giləki sinaqoqunda, Xaçmaz şəhərindəkiMüqəddəs möcüzəvi Nikolay” kilsəsində başqa məkanlarda aparılacaq. 15-18 dəqiqəlik film sentyabr ayı ərzində təqdim ediləcək.

 

Mədəniyyət.- 2023.- 30 avqust.- S.4.