Teatrların nəzdində teatr-studiyaları yaradılır
“Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” dövlət başçısının
sərəncamının icrası
ilə bağlı Gəncə Dövlət Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Lənkəran Dövlət
Dram Teatrı, Naxçıvan Dövlət
Milli Dram Teatrı və Naxçıvan Dövlət
Kukla Teatrlarında kadr problemini aradan qaldırmaq məqsədilə həmin
teatrların nəzdində
teatr-studiyaları yaradılıb.
Hazırda Azərbaycan
Dövlət Akademik Rus Dram Teatrının
nəzdində “Mən
aktyoram”, Azərbaycan Dövlət Kukla Teatrının nəzdində
isə “Oyuq” teatr-studiyası fəaliyyət
göstərir.
Xatırladaq ki, bu ilin
11-12 aprel tarixlərində
“Heydər Əliyev İli” çərçivəsində
Azərbaycan peşəkar
milli teatrının
150 illiyi ilə əlaqədar Teatr Forumu keçirilib. Forumda teatr sahəsinin
inkişaf perspektivləri
ilə bağlı bir çox məsələlər, o cümlədən
region teatrlarının
mövcud problemləri
müzakirə edilib. Regiondan paytaxta gəlib təhsil alan rejissor və
aktyorların sonradan peşəkar kadr kimi geri dönməməsi
və bunun nəticəsində yerli teatrlarda yaranan kadr çatışmazlığı
probleminin həlli istiqamətində də müxtəlif təkliflər
irəli sürülüb.
Bu işdə respublikanın aparıcı teatrlarının təcrübəsindən istifadə edilərək yerlərdə teatrların fəaliyyəti üçün əlverişli şəraitin yaradılması nəzərdə tutulub. Regionlarda teatrların inkişafı, teatr sənətinin nüfuzunun və tamaşaçı marağının artırılması istiqamətində Mədəniyyət Nazirliyi tərəfindən məqsədyönlü işlər aparılır.
Mədəniyyət.- 2023.- 30 avqust.- S.5.