“Xəzər
mövsümləri” festivalında
“Azərbaycan günü”
Xəbər verdiyimiz kimi, 22 avqust – 6 sentyabr tarixlərində Rusiyanın
Həştərxan şəhərində
keçirilən “Xəzər
mövsümləri – 2023” klassik
incəsənət festivalında
ölkəmiz də təmsil olunur. Festival Xəzəryanı dövlətlər
arasında humanitar sahədə mədəni
dialoq və əməkdaşlığın inkişafı üçün
səmərəli layihəyə
çevrilmək məqsədi
daşıyır.
Festival çərçivəsində
iştirakçı ölkələrin
incəsənət günləri
təşkil edilib. “Azərbaycan günü” avqustun 25-də gerçəkləşib.
Azərbaycan Mədəniyyət Nazirliyinin
dəstəyi ilə tanınmış tarzən
Arslan Növrəsli və onun “Ethno-jazz”
qrupu “Xəzər mövsümləri – 2023”də
çıxış edib.
Qrupun (tarda
Arslan Növrəsli, pianoda Nicat Aslanov,
bas-gitarada Səlim Məmmədov, zərb alətlərində Həsən
Bilalov) Həştərxan
Dövlət Filarmoniyasında
keçirilən konserti
böyük maraqla qarşılanıb. Repertuara
daxil edilən nömrələr həm klassik caz musiqiləri,
həmçinin Azərbaycan
bəstəkarlarının əsərlərinin mövzuları
əsasında yazılmış
kompozisiyalardan ibarət
olub.
Qeyd edək ki, gecənin xüsusi ifası – “Ay Laçın” xalq mahnısı Azərbaycan Prezidentinin sərəncamına əsasən təsis olunan 26 avqust – Laçın şəhəri günü ilə əlaqədar repertuara daxil edilib.
Mədəniyyət.- 2023.- 30 avqust.- S.8.