Qədim Göyçəmizin saz-söz sənətkarı

 

Aşıq İslam-130

 

 

Aşıq sənəti tarixən xalqın ruhunu, zövqünü oxşamaqla yanaşı, insanları düşündürən, narahat edən məsələləri gündəmə gətirib. Aşıqlar eldən-elə dolaşaraq həm insanların yaddaşını təzələyib, xalqın deyim-duyumlarını təbliğ edib. Ona görə mahal-mahal gəzən sənətkarlar yaradıcılıq axtarışlarında olub, xalqın qarşısına hazırlıqlı çıxmağa çalışıblar. Bu il 130 yaşı tamam olan görkəmli saz-söz ustadı, Əməkdar incəsənət xadimi Aşıq İslam da belə sənətkarlarımızdandır.

İslam Qara oğlu Yusifov 1893-cü ildə İrəvan quberniyasının Basarkeçər elinin Ağəli kəndində dünyaya göz açıb. Erkən çağlardan musiqiyə maraq göstərib. El şənliklərində aşıq ifalarının pərəstişkarı olub.

İslam ustad sənətkarlardan dərs almaq məqsədilə 1916-cı ildə Şəmkir elinə gəlir. Aşıq Çoban Hüseynin oğlundan sənətin sirlərini öyrənir. Bir müddət sonra doğma yurdu Basarkeçərə dönür. Çox keçmir şaqraq məlahətli səsi ilə xalqın sevimlisinə çevrilir. El şənliklərinin yarı-yaraşığı olur. Sənətinin şöhrəti yaxın-uzaq ellərə yayılır. Qərbi Azərbaycan ellərinin toy şənliklərinə dəvət olunur. 1920-ci illərdən başlayaraq Bakıda müxtəlif tədbir konsertlərə dəvətlər alır. 1928-ci ildə Azərbaycan aşıqlarının birinci qurultayına qatılır.

Yaradıcı sənətkar olan Aşıq İslam ifaçılıqla yanaşı, qoşma, gəraylı təcnislər qələmə alır. 1934-cü ildə Zaqafqaziya xalq incəsənəti birinci Azərbaycan kənd bədii özfəaliyyət olimpiadalarında uğurlu çıxışlarına görə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən təşəkkürnamə ilə təltif edilir. 1938-ci ildə Moskvada ilk dəfə keçirilən Azərbaycan ədəbiyyatı incəsənəti ongünlüyünün iştirakçısı olur. 1939-cu ildə isə Moskva Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin açılışında çıxış edir.

Onun təşəbbüsü ilə 1937-ci ildə Gəncədə aşıqlar ansamblı yaradılır. Ansamblın ifası üçünQəmərcan”, “Yaşa-yaşa, Azərbaycan s. mahnıları yazır. Dahi bəstəkar Üzeyir Hacıbəyli onun təşəbbüsünü təqdirlə qarşılayır.

Görkəmli sənətkarın əməyi hökumət tərəfindən yüksək qiymətləndirilir, 1940-cı ildəƏməkdar incəsənət xadimifəxri adına layiq görülür. 1959-cu ildə isəQırmızı əmək bayrağıordeni ilə təltif edilir. O, həmçinin SSRİ Yazıçılar İttifaqının üzvü olub.

Aşıq İslam qəhrəmanlıq məhəbbət dastanlarımızın ən yaxşı ifaçılarından sayılıb. 20-dən artıq dastan, 500-dən çox aşıq şeiri bilən sənətkarın el şənliklərində ən çox söylədiyi isəKoroğlu”, “Şah İsmayıl Gülzar”, “Aşıq Valeh Zərnigar”, “Aşıq Qərib Şahsənəmdastanları olub.

Elvin Mustafayev araşdırmasında yazır ki, Respublika Xalq Yaradıcılığı Evinin 1957-ci ildə buraxdığıAşıqlarkitabında Aşıq İslamınBu gün”, “Sülh nəğməsi s. şeirləri yer alıb. Tanınmış türk şairi Nazim Hikmət 1960-cı ildə Gəncədə qonaq olarkən onu qarşılayanlar arasında Aşıq İslam olub. Aşıq sədəfli sazı ilə şairin qarşısındaÜrfanihavasını ifa edib.

Aşıq doğulduğu yurdun varlığı ilə nəfəs alıb. Bir gün könlünə doğma ellərə baş çəkmək düşür. Göyçəyə gələn aşığın qəlbi qubar eləyir:

 

Könül arzuladı, gəldim Göyçəyə,

Xoş hava olması yadıma düşdü.

Mərd igidlər Ağbulağın üstündə

Alaçıq qurması yadıma düşdü.

 

Alaçıq quruldu dərmə bağınan

Gözəllər yığnağı ləbi-balınan.

Aşıq yığnağından xoş avazınan,

Sorub-soruşması, yadıma düşdü.

 

II Dünya müharibəsi illərində Aşıq İslam dəfələrlə cəbhədə olub, döyüşçülərin qarşısında çıxışlar edib. Onları qəhrəmanlığa ruhlandıran mahnılar ifa edib:

 

Söylənsin tarixdə bizim bu dastan,

Şığıyır düşmənə min qızıl aslan.

Faşistlər qurtarmaz heç zaman yastan

Onların sırasın pozuram bu gün!

 

Yaradıcılığında ictimai motivli mövzulara da geniş yer ayıran aşıq şeirlərinin bir qismini Nizami Gəncəvi, Aşıq Ələsgər, Üzeyir Hacıbəyli, Səməd Vurğun, Qurban Pirimov kimi sənətkarlara həsr edib. O, eyni zamanda dövrünün tanınmış aşıqları haqqında araşdırmalar aparıb, yaradıcılıqlarını təbliğ edib. Bu mənada onun Aşıq Ələsgər, Növrəs İman, Aşıq Hüseyn, Aşıq Çoban, Aşıq Dövlət başqaları ilə bağlı  tədqiqatları vardır. Aşıq İslamın şəxsi arxiv fondunda saxlanılan materiallar bu sənətin dərindən öyrənilməsi tədqiqi baxımından yaxşı mənbədir.

Uzun müddət özünün təşkil etdiyi Gəncə aşıqlar ansamblına rəhbərlik edib. Ukraynalı şair Oles Yurenko ilə dostluq yaradıcılıq əlaqələri olub. Şair Gəncə şəhərində olarkən aşıqla birlikdə şəkil çəkdirib. Kitablarından ikisini avtoqrafla Aşıq İslama bağışlayıb.

Ömrünü saz söz sənətinin yayılmasına inkişafına həsr edən Aşıq İslam 7 dekabr 1968-ci ildə vəfat edib.

 

Savalan Fərəcov

Mədəniyyət.- 2023.- 30 avqust.- S.6.