Şəhid telejurnalistin xatirəsinə
həsr olunan konsert
Avqustun
29-da Beynəlxalq Muğam
Mərkəzində tanınmış
telejurnalist, Milli Qəhrəman
Çingiz Mustafayevin
(1960-1992) ad gününə
həsr edilən “Çiçək lazımdır”
adlı konsert keçirilib. Xatirə konserti Çingiz Mustafayev
adına fondun təşəbbüsü ilə
gerçəkləşib.
Konsertdən əvvəl Milli Qəhrəmanın
qardaşı Vahid Mustafayev çıxış edərək
qonaqları salamlayıb
və musiqi axşamının təşkilinə
verdiyi dəstəyə
görə Mədəniyyət
Nazirliyinə təşəkkürünü
bildirib.
Sonra rusiyalı pianoçu, beynəlxalq müsabiqələr
laureatı Nikolay Kuznetsov
klassik musiqi əsərlərindən ibarət
konsert proqramı ilə çıxış
edib. Virtuoz ifaçı konsertin birinci hissəsində P.İ.Çaykovskinin “İlin fəsilləri”, növbəti bölümdə
M.P.Musorqskinin “Sərgidəki
rəsmlər” əsərlərini
səsləndirib.
Qeyd edək ki, Çingiz Fuad oğlu Mustafayev I Qarabağ
müharibəsində 1992-ci il iyunun 15-də Xocalı rayonu ərazisində, Naxçıvanik (Naxçıvanlı)
kəndi yaxınlığında
gedən döyüşləri
lentə alan zaman şəhid olub. Bakıda Şəhidlər
xiyabanında dəfn edilib. Ölümündən
sonra “Azərbaycanın
Milli Qəhrəmanı” adı
verilib.
Mədəniyyət.-
2023.- 30 avqust.- S.1.