Qazaxıstan səfiri və çinli qonaqlar Milli Kitabxanada olublar
Kitabxananın 100 illiyi çərçivəsində tədbirlər keçiriləcək
Qazaxıstanın ölkəmizdəki səfiri
Alim Bayel avqustun 25-də Azərbaycan
Milli Kitabxanasının
qonağı olub.
Görüşdə Azərbaycan Prezidentinin müvafiq sərəncamına
əsasən cari ilin sentyabr ayında
keçiriləcək Azərbaycan
Milli Kitabxanasının
100 illik yubileyi çərçivəsində “Xalqların qardaşlığı
ədəbiyyatların qardaşlığıdır”
mövzusunda qazax ədəbiyyatının görkəmli
nümayəndəsi Kemel
Tokayevin 100 illik yubileyinə və böyük ədib, ədəbiyyatşünas alim
Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunacaq dəyirmi masanın təşkili məsələsi müzakirə
olunub.
Milli Kitabxananın
direktoru professor Kərim Tahirov kitabxanada fəaliyyət göstərən beynəlxalq
əməkdaşlıq zalında
Qazaxıstan guşəsi
haqqında səfirə
məlumat verib.
Diplomat kitabxananın
müxtəlif zal və şöbələri
ilə tanış olub və bundan
məmnunluğunu ifadə
edib.
Sonda qonağa
“Azərbaycan Milli Kitabxanası” fotoalbomu, “Salam, Azərbaycan!”, “Azərbaycan xalçaları
dünya kolleksiyalarında”
kitabları və Azərbaycanın xəritəsi
təqdim olunub.
***
Çin Xalq
Respublikasının (ÇXR) ölkəmizdəki səfirinin
müşaviri Ding Tao və Huzhou
Universitetinin professoru Tsin Pei Huanın
rəhbərliyi ilə
nümayəndə heyəti
də Azərbaycan Milli Kitabxanası ilə tanış olub.
Direktor Kərim
Tahirov qonaqlara kitabxana haqqında məlumat verib, Çin Milli Kitabxanası ilə əlaqələrdən bəhs
edib. Bildirib ki, iki ölkənin
milli kitabxanaları arasında imzalanan memorandum əsasında kitabxananın beynəlxalq
əməkdaşlıq zalında
Çin daimi guşəsi açılıb.
Guşə ÇXR-in
ölkəmizdəki səfirliyi
və qonaqların Milli Kitabxanaya hədiyyə etdikləri kitablarla daim zənginləşir. Kərim
Tahirov Çin Milli Kitabxanasında da Azərbaycan daimi guşəsinin açılacağını diqqətə
çatdırıb.
Professor Tsin
Pei Hua Azərbaycan
Milli Kitabxanasında olmaqdan məmnunluğunu dilə gətirib. O, Milli Kitabxanaya hədiyyə edəcəyi
kitablar vasitəsilə
oxucuların Çin mədəniyyəti, tarixi
haqqında məlumat əldə edəcəklərinə
əminliyini bildirib.
Kitabxana ilə
tanışlıq əsnasında
çinli tələbənin
skripkada ifası da maraqla qarşılanıb.
Sonda qonaqlara Milli Kitabxana və Azərbaycanla bağlı nəşrlər, “Azərbaycan keçmişdə və indiki dövrdə” xəritəsi təqdim olunub.
Mədəniyyət.-
2023.- 30 avqust.- S.3.